Sakit okeandakı adada daha bir güclü zəlzələ olub - 6,1 bal gücündə

img

08-05-2024 [13:39]


Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda güclü zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, Vanuatuda baş verən 6,1 bal gücündə zəlzələ uqanvil bölgəsindən 99 kilometr şimal-şərqinə təsadüf edib.

Zəlzələ yerin 12,5 kilometr dərinliyində qeydə alınıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA