İstanbul su problemi təhlükəsindən xilas olub

img

01-05-2024 [12:13]


Qış və yaz aylarında yağan yağışlar İstanbulu su ilə təmin edən barajlarda suyun kütləsini xeyli artırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda barajlarda (işməli su gölləri) doluluq nisbəti keçən ilin eyni dövrü ilə müqayisədə 70 artaraq 82,81 faizə çatıb.

İstanbul Su və Kanalizasiya İdarəsinin məlumatına görə, keçən il mayın 1-də barajlıardakı suyun həcmi ümumi olaraq 48,71 faiz olubsa, bu rəqəm indi iki dəfəyə yaxın artıb: "Hazırda suyun miqdarı İstirancalarda 73,83, Terkosda 91,87, Sazlıdərədə 61,77, Alibeydə 64,13, Büyükçekmecedə  77,72, Ömerlidə 92,15, Darmalılıqda 83,05,  Pabuçderedə 78,34 faizə yüksəlib...".

Lamiyə Əhmədli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 21.05.2024

MİQ və problemlər...