Girovgötürmə, zorlama və...- Bakı şəhər İcra Hakimiyyətinin xanım işçisi ilə bağlı sensasion məhkəmə işi....
30-04-2024 [11:21]
Bakının Binəqədi rayonunda Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin əməkdaşı olan 1972-ci il təvəllüdlü qadını evə salaraq dəfələrlə zorlayan və saatlarla döyərək girov saxlayan 1982-ci il təvəllüdlü Şamo Rəsulovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 22-nə təyin edilib.
Şikayət hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, mühasib işləyən və mənzillərdən kommunal ödənişləri yığan Məleykə Qəmbərovanı (şərti ad-soyadlı) zorlayan şəxs barəsində Cinayət Məcəlləsinin 145.3-ci, 149.2.4-cü, 149.2.5-ci, 150.2.4-cü və 150.2.5-ci (zorlama, seksual xarakterli zorakılıq əməlləri, qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, noyabrın 29-da günorta saatlarında Məleykə Binəqədi rayonu Cəfər Cabbarlı küçəsində işi ilə bağlı ödənişləri yığanda Şamonun kirayə yaşadığı evin qapısını döyüb. Əvvəllər zorlama, quldurluq, oğurluq kimi cinayətlərə görə həbsdə olan Şamo bu zaman qapını açıb. O, Məleykəyə arvadını qeyrət üstündə öldürüb türməyə düşdüyünü, həbsdən yeni çıxdığını, ödəniş etməyəcəyini deyib, daha sonra isə qadının zolundan tutaraq zorla mənzilə salıb. Onu öldürəcəyi hədəsi ilə mühasib qadını soyunduran Şamo onu dəfələrlə zorlayıb, həmçinin digər otaqda olan qaynına da evə zorla aldığı qadınla cinsi əlaqədə olmağı təklif edib. Bu müddət ərzində o, qadını evdə bağlı qapı arxasında saxlayaraq marketdən spirtli içki və yeməklər alıb. Evə qayıdan Şamo qadını onunla birgə yeyib içməyə məcbur edib. Daha sonra o, Məleykəyə qarşı təcavüzünü davam etdirib. Şamonun Sərxoş halda olub yuxulamasından istifadə edən qadın daha sonra telefonu gizli götürərək iş yoldaşına mesaj yazaraq girov saxlanıldığını, başına iş gəldiyini deyib və olduğu ünvanı göndərib.
Bundan sonra evə gələn şəxslər Şamodan qapını açmasını tələb ediblər, lakin o, qapını açmayıb. Yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra qapı linglə açılıb və gecə saat 23 radələrində qadını azad etmək mümkün olub. Hadisədən dərhal sonra Şamo Rəsulov həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib(Pravda.az).
Slovakiyanın Baş naziri Ərdoğanla görüşdə: "Siz çox böyük siyasi və iqtisadi gücsünüz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident Davosda: Baş icraçı direktorla görüş olub - FOTOLAR
PARTİYA SƏDRI SAXLANILDI - Prezidenti təhqirə görə
Prezident İlham Əliyev Davosda müsahibə verib - FOTO
Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib
Azərbaycanlı tələbə azad olundu - İRANDA + FOTO
Əli Əsədov, Sahibə Qafarova, Samir Nuriyev və Baş nazirin müavinləri ziyarətdə - FOTOLAR
ABŞ diplomatı Şəhidlər xiyabanını ziyarət edib
Xəzər dənizində zəlzələ olub
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO
Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib
Sabahın hava proqnozu açıqlandı
"Bakirəliyin bərpası üçün gələnlərin sayı çoxdur"- Ginekoloqdan şok açıqlamalar (VİDEO)
Şimal zonasına qar yağıb
"Space"in sabiq direktoru sədri seçilib
Bakıda 20 Yanvar günü bu yollar bağlanacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azersun Holding”in rəhbəri vəfat edib
Milli Qəhrəmanın atasının kartından 80 min manat oğurlayan bu şəxs imiş - DİN və Bankdan açıqlamalar (FOTOLAR, Yenilənib)
ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar
"Kapital Bank" və "Beynəlxalq Bank" məni bezdirir, lakin... - Ekspert Hökumə Quliyevanın atasının başına gələnlərdən yazır
Azercell-in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir - FOTOLAR
İmişlidə kafedə dava: 20 yaşlı uşaq 30 yaşlı şəxsin boğazını kəsdi
Hakan Fidan Bakıya gəlib
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - İki qurum birgə məlumat yaydı
Azərbaycan nefti bahalaşdı
Cəbrayıla daha 206 nəfər köçürülüb
Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi Neymarın "yerin dibinə soxdu": "O, artıq əvvəlki oyunçu deyil, heyətdə olmayacaq"
Abşeronda evdə partlayış: 5 nəfər yaralanıb
Qəzza atəşkəsə 2 gün qalmış bombalanır - Daha 88 nəfər ölüb
YA SATILACAQ, YA BLOKLANACAQ - ABŞ məhkəməsi "TikTok"u "güncə sıxdı"
Anası gənc futbolçusunun 10 yaş böyük nişanlısına qarşı çıxdı: "Siz bir bunun geyiminə baxın..." - Oğlu isə... (FOTOLAR)