Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
01-05-2024 [16:41]
Bakının Nizami rayonu, M.X. Şərifli küçəsi 74, mənzil 72 ünvanında yaşayan Abbasov Elçın Məhəmməd oğlu Mia.az vasitəsi ilə paytaxtın icra başçısı Eldar Əzizova yerli məmurların özbaşınalığından şikayətlənib.
O, sayt vasitəsi ilə Eldar Əzizova üz tutaraq, deyib ki, problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin "Qaynar xətti"nə məlumat versə də, şikayətinə məhəl qoyulmayıb:
"Deməli, Nizami rayonu Şərifli küçəsində yeni hündürmərtəbəlii bina tikilib. Hmin binanın sahibi oradakı mənzillərin sahibləri üçün nəzərdə tutulan onlarla zibil qutularını yerlərindən götürərək, düz bizim evin qənşərinə qoydurub. Təbii ki, bu, "elə-belə" edilməyib. Sizcə, burada balaca bir daşı yerli məmurların icazəsi olmadan yerindən tərpətmək və ya başqa daşın üstə qoymaq mümkündürmü? Təbii ki, yox!.
İndi bu işbazlar zibil qutularını düz bizim evin qarşısına qoymaqla rahat yaşayışımızı pozublar. Artıq indidən bayır bir yana, heç evimizdə də rahat nəfəs ala bilmirik. Yaxşı, bəs yayda nə edəcəyik? Pəncərəmizi necə açaq, necə evin havasını dəyişək?
Sizdən xahiş edirik, zibil qutularının ya əvvəlki yerinə, ya da başqa yerə köçürülməsi üçün buradakı "işbaz məmurlar"a göstəriş verin...!".
***
Rayon icra Hakimiyyətindən 26 aprel tarixində Mia.az-da dərc olunan yazıya bu gü n - 1 mayda belə cavab verilib:
"Məlumat üçün bildiririk ki, rayon ərazisində əmələ gələn bərk məişət tulantılarının daşınmasını 01.06.2020-ci il tarixdən etibarən "Kommunal Xidmətlər Müəssisəsi" MMC tərəfindən həyata keçirilir.
Qeyd edilən məsələ ilə bağlı, adıçəkilən MMC-nin nümayəndəsi sözügedən ünvanda yerləşən məişət tullantılarının yığılması üçün nəzərdə tutulmuş konteynerlərin yerinin dəyişdirilməsi səbəbinə aydınlıq gətirərək, konteynerlərin ətrafında avtomobillərin parklanaraq tullantıların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışına maneə yaratdığı üçün konteynerlərin yerinin dəyişdirildiyi bildirilmişdir. Lakin qeyd olunan hal sakinlərin narazılığına səbəb olduğu üçün sözügedən konteynerlər əvvəlki yerinə qaytarılmışdır".
Samir Musayev
MİA.AZ
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər