Bakıdan “Zəngəzur dəhlizi” ilə bağlı kritik qərar – Sensasion detallar (TƏHLIİL)
24-04-2024 [15:00]
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq foruma qatılıb.
Forumda çıxış edən ölkə başçısı bir çox məsələyə toxunub.
“Zəngəzur dəhlizi”
Prezident çıxışı zamanı bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb:
“Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı əslində pozur”.
“Zəngəzur dəhlizi” Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərdəndir. Yəni söhbət kommunikasiyaların açılmasından deyil, məhz ifadənin özündən gedir. Belə ki, rəsmi İrəvan regional kommunikasiyaların yol prinsipi ilə, Azərbaycan isə dəhliz prinsipi ilə açılmasını istəyirdi. Lakin Prezidentin də dediyi kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb.
Ümumiyyətlə, rəsmi Bakı addımları reallıqlara və mövcud şəraitə əsasən atır. “Zəngəzur dəhlizi” sözü 2020-2023-cü illərdə Bakıya lazım idi, çünki bu illər ərzində “Laçın dəhlizi” var idi və rəsmi Bakı “dəhlizə dəhliz” prinsipini irəli sürmüşdü. Yəni Ermənistanın dəhlizi olacaqsa, Azərbaycanın da olmalı idi. Lakin lokal xarakterli antiterror əməliyyatları və sonrasında baş verən hadisələr Bakını “dəhlizə dəhliz” prinsipindən uzaqlaşdırdı.
Azərbaycan indiki məqamda “Zəngəzur dəhlizi” sözündən imtina edir və bunu iki ölkə arasında növbəti problemin həlli üçün edir. Lakin dəyişməyən bir mövqe var ki, o da 10 noyabr bəyanatındakı “maneəsiz hərəkət” anlayışıdır. Prezident qeyd edib ki, “İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət təbii ki, çox məyus edir”.
Yəni rəsmi Bakı üçün “Zəngəzur dəhlizi” sözündən imtina mümkündür, lakin 10 noyabr bəyanatında yazılmış “maneəsiz hərəkət” anlayışı hələ də aktualdır. Mümkündür ki, sərhəd komissiyalarının iclasında bu məsələ də müzakirə edilir, lakin hələlik ortaq məxrəcə gəlinməyib.
Sülh müqaviləsi
Prezident çıxışı zamanı Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqları və sülh müqaviləsindən bəhs edib. Ölkə başçısı qeyd edib: “Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.
Ötən ay baş verən kiçikçaplı sərhəd təxribatlarına baxmayaraq, Bakı və İrəvan arasında rəsmi və qeyri-rəsmi səviyyədə danışıqlar davam edirdi. Ən əsası sərhəd komissiyalarının görüşü keçirilir, mübahisəli məsələlərə dair müzakirələr aparılırdı. Danışıqlar prosesi ilə bağlı əsas pozitiv məqam isə masada 70-75% razılaşdırılmış bir sənədin olmasıdır. Bu baxımdan ölkə başçısının da dediyi kimi, sülhə heç vaxt belə yaxın olmamışdıq.
Prezident bildirib ki, Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlət başçısı onu da vurğulayıb ki, “baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar”.
Prinsip etibarilə yekun sülh müqaviləsinin imzalanması üçün hələ tezdir. Lakin ən azından ilkin sülh müqaviləsi imzalamaq olar. Hazırda iki ölkə arasında razılaşdırılan məqamlar var və danışıqlar masasındakı sülh sənədi hazırkı halı ilə çərçivə sazişi kimi imzalana bilər. Növbəti müddət ərzində isə yekun sülh müqvailəsi ilə bağlı danışqlar aparılar. Bunu Prezidentin “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır” sözləri də təsdiqləyir.
Rəsmi Bakı COP29-dan əvvəl sülh sazişinə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək istəyir.
Qazaxıstan görüşü
Prezident deyib ki, rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib, əgər İrəvan da razılaşsa, görüş reallaşa bilər.
Ermənistan tərəfi hələlik bir cavab verməsə də, Bakı bu görüşün keçirilməsində maraqlıdır. Görüşün təfərrüatları hələlik bəlli deyil, lakin onu demək olar ki, XİN başçılarının gündəmində delimitasiyanın bundan sonrakı mərhələsi, ilkin sülh müqaviləsi, kommunikasiya xətlərinin açılması və maneəsiz hərəkətin təmin edilməsi kimi məsələlər ola bilər. Xüsusilə sülh sazişi çərçivəsində qarşılıqlı ərazi bütövlüyünün tanınması məsələsi də razışlaşdırıla bilər.
Qazaxıstanda XİN başçılarının görüşündə bu məsələlər müzakirə edilsə və müəyyən razılıq əldə olunsa, bunu İkinci Alma-Atı bəyannaməsi kimi də qəbul etmək olar.
Turan Rzayev
MİA.AZ
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq