Ticarətçı: "Deputat olmaq istəmirəm"
24-04-2024 [09:46]
Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması inhisarçı biznesdə təşviş yaradıb. Uzun illərdən bəri müxtəlif sahələrdə rəqabətin qarşısını “əjədəha” kimi kəsən iş adamları bizneslərini qorumaq üçün üzlərini parlamentə tutmaq qərarına gəliblər.
AFN.az-a bu istiqamətdə maraqlı məlumat daxil olub. Bildirilir ki, uzun illərdir ölkənin ərzaq bazarında böyük monopolistlərdən biri kimi tanınan “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbəri, iş adamı Aydın Talıbov da deputat olmaq qərarına gəlib. Belə ki, onun növbəti parlament seçkilərində namizədliyini verəcəyi deyilir. Xəbərin detalları bizə məlum deyil, A.Talıbovun hansı dairədən deputat olmaq istəməsi haqda da dəqiq məlumata malik deyilik. Lakin onun bu qərara gəlməsi kifayət qədər maraqlı haldır desək, yanılmarıq. A.Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu” Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyət göstərir. Onun özü isə biznes fəaliyyətinə 1992-ci ildə başlayıb.
Şirkətlər Qrupunun saytında bildirilir ki, A.Talıbov 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk iri həcmli idxalını həyata keçirərək “Veysəloğlu Distribusiya” şirkətinin əsasını qoyub.
O, 2001-ci ildə ortaqları ilə birgə "Ulduz" Şokolad Fabrikini yaradıb. 2010-cu ildə ortaqları ilə birlikdə əsas səhmdar kimi Gürcüstanda "VG" adı ilə yeni distribusiya şirkətini, 2011-ci ildə "Araz" supermarketlər şəbəkəsini yaradıb.
2016-cı ildən etibarən sahibkarı olduğu biznesləri daha da inkişaf etdirərək "Araz" supermarketlər şəbəkəsini genişləndirməklə yanaşı, "OBA" marketlər şəbəkəsini qurub. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın alıb.
2017-ci ilin iyunun 14-dən “AVT Logistics” şirkətinin fəaliyyətinə start verilib. Bu, Cənubi Qafqazda ən böyük logistika mərkəzinə sahib olan şirkətlərdən biri hesab edilir. Aydın Talıbovun təşəbbüsü ilə 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya şirkəti fəaliyyətə başlayıb. 2015-ci ildə isə qida sektorunda topdan tədarük fəaliyyəti göstərən “V-Trade” distribusiya şirkəti qurulub. 2016-cı ilin fevral ayından “Xonça” brendi adı altında şirniyyat məhsullarının istehsalına başlanılıb.
Aydın Talıbov “Entrée Azərbaycan” ilə ölkəmizdə kafe biznesinə də daxil olub. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə 5 kafe fəaliyyət göstərir.
Göründüyü kimi, kifayət qədər geniş biznes şəbəkəsinə malik olan A.Talıbovun bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi ilə bağlı narahatlıqlarının olması normaldır. Bazarda xeyli dərin inhisarçı olan “Veysəloğlu” Şirkətlər Qrupunun yaranacaq rəqabətə davam gətirib-gətirməyəcəyinin sual altına düşdüyünü bu qərardan da görmək olar.
Şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatın doğru olmadığı bildirilib. Belə ki, sorğumuza cavab olaraq A.Talıbovun növbəti parlament seçkilərində namizədliyini irəli sürməklə bağlı niyyətinin və fikrinin olmadığı qeyd edilib.
“Azərbaycan iqtisadiyyatına və vətəndaşların işlə təmin olunmasına töhfə verən “Veysəloğlu” Şirkətlər Qrupunda hazırda 23 mindən çox əməkdaş çalışır. Aydın Talıbovun gələcək fəaliyyət planı yalnız “Veysəloğlu” Şirkətlər Qrupu ilə bağlıdır” – deyə cavabda bildirilir.
Bəs Rəqabət Məcəlləsi inhisarçı biznesə hansı problemləri yarada bilər? İqtisadi yazar Dünya Sakit AFN.az-a açıqlamasında bildirdi ki, əslində normal halda Rəqabət Məcəlləsi biznes üçün əlverişli mühit deməkdir:
“Bu qanun heç bir halda sahibkarlara problem yaratmaq üçün deyil. Rəqabət Məcəlləsi sahibkarların qarşılaşdığı inhisarçı və rəqabətsiz bazar mühitinin aradan qaldırılması, bazarda sağlam rəqabət yaradıb sahibkarlığın inkişafını təmin etmək üçündür. Azərbaycanda da hazırlanan sənəd kifayət qədər təkmil hesab edilir, çatışmazlıqları, demək olar ki, çox azdır. Real icrasına nail olunarsa, kiçik və orta, hətta bəzi iri, inhisarçı olmayan sahibkarlar üçün geniş fürsətlər, inkişaf potensialı yarada bilər. Əsas məsələ bu məcəllənin icrasıdı, işləkliyidir. Ekspertlər də bildirirlər ki, onun tam icrasının effektivliyinə 2-3 il ərzində nail olmaq olar. Ən təkmil qanun belə icra olunmadığı halda heç bir işə yaramır. İndiyə qədər də Azərbaycanda sağlam rəqabəti təmin edə biləcək qanun aktları vardı. Düzdür, Rəqabət Məcəlləsi səviyyəsində deyildilər, amma o qanunvericilik aktları da icra olunsaydı, inhisarçılığın indiki ifrat həddini biz görməzdik. Rəqabət Məcəlləsi o qanunlardan daha təkmil və vahid sənəd olduğuna görə üstün hesab olunur”.
D.Sakitin sözlərinə görə, Rəqabət Məcəlləsi kimi sənədlərin, çərçivələrin, məhdudiyyətlərin olmaması hər bir ölkədə inhisarçılığın inkişafına, təşəkkül tapmasına imkan yaradır: “Azərbaycanda indi inhisarçılıq ən yüksək səviyyədə inkişaf edib, bazarlar inhisarçı şirkətlərin əlindədir, sağlam rəqabətdən danışmaq mümkün deyil. Daha çox bu və digər məmura söykənən arxalı biznesdən danışa bilərik, azad biznes hələ ki, yoxdur. Dediyim kimi, əgər Rəqabət Mərhələsi qəbul olunduğu formada icra olunarsa, biz indiki qeyri-sağlam mühitin aradan qalxmasını görə bilərik”.
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib