GENERAL VƏ SABİQ İDARƏ RƏİSLƏRİ HAKİM QARŞISINDA: "Məbləğin 60-70 faizini onlara verirdik" - Rəislər korrupsiyanın detallarını açdı
22-04-2024 [11:52]
Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Ülvi Ziyadzadə bildirib ki, təftiş dövründə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı 100 min 814 manat mənimsəmə olub. Onun sözlərinə görə, pulları icazəsiz 5-6 nəfərin adına olan bank kartlarına köçürsə də, həmin şəxslərin o pullardan xəbərləri olmayıb:
“İşlədiyim müddətdə 3 dəfə təftiş olmuşdu. Yoxlamaya Azər Məmmədov, Rüfət Quliyev və Nurlan gəlmişdi. Təftiş zamanı aşkarlanan çatışmayan məbləğin 60-70 faizini onlara verirdik. Mənə cəmi 18 min 314 manat pul qalıb. Onu da büdcəyə qaytaracam”.
Təftiş vaxtı MN-in Hərbi Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləmiş Əliyar Səfərəliyev deyib ki, bu vəzifəyə onu 2013-cü ildə MN-in Maddi Texniki Təminat (MTT) Baş İdarəsindən təyin ediblər:
“Əkdiyim məhsullar əldə qalıb yanırdı, ona görə də pul verirdim. Nazirlik ilə Maştağada Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləyən Zahid danışır, pul məsələlərini o həll edirdi. Müdafiə Nazirliyinə satdığımız məhsuldan aldığımız pulun 3 faizini idarəyə, Akif Umudova qaytarırdıq. Məhsulu təhvil verəndən 15-20 gün sonra pulunu alırdıq. Bəzən gecikdirirdilər, biz də pulun vaxtında ödənilməsi üçün məbləğin 3 faizini Akif Umudova verirdik”.
Şahid Ə.Səfərəliyev istintaqda ifadəsində isə bildirib ki, hər dəfə məhsulun satışından aldığı pulun 3 faizinin Nizami Məmmədova çatdırılması üçün Akif Umudova verib. Ümumilikdə MTT-yə 108 min manat pul qaytarıb.
Müttəhim Nizami Məmmədov etiraz edərək bildirib ki, satınalma ilə bağlı istintaqda üzləşmə olmayıb, bu məsələni ittiham aktını oxuyanda bilib.
“Satınalma ilə bağlı Mahir Şirvanov, Məlikməmməd Qurbanov və Akif Umudovla görüşmüşəm. Kənd Təsərrüfatı Müəssisələri MTT-nin tabeliyində olub. Müdafiə Nazirliyinin Maliyyə İdarəsi heç bir təşkilatla müqavilə bağlamayıb. Bunların satınalma ilə bağlı ifadələri şablondur. Bunların dediyi 3 faizin bizə aidiyyəti yoxdur”, - N.Məmmədov bildirib.
Şahid Rəşad Əhmədovun sözlərinə görə, direktor müavini olduğu mətbəx avadanlıqlarının təmiri ilə məşğul olan şirkət Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi ilə müqavilə bağlayıb və hərbi hissələrin mətbəxində təmir işləri həyata keçirib.
“Mətbəx avadanlıqlarının təmiri çətin iş olduğu üçün onu hər şirkət üzərinə götürmürdü. Müqavilə əsasında hərbi hissələrin mətbəxlərində xarab olmuş avadanlıqları təmir edirdik. Pulun gecikdirilməməsi üçün hər dəfə Akif Umudova 3 faiz “otkat” verirdik”, - R.Əhmədov deyib.
İclasda şahid qismində ifadə verən “Bakıxanov Trikotaj” ASC-nin direktoru İxtiyar Rəsulov deyib ki, işlədiyi müəssisə Müdafiə Nazirliyinin sifarişi ilə geyim istehsal edib. Bu məsələ ilə bağlı nazirliyin MTT idarəsi ilə müəssisənin əvvəlki mühasibi əlaqədə olub. Həmin şəxs vəfat edib.
“Pulumuzu gecikdirimişdilər, ala bilmirdik. Mən məcbur olub nazirliyin əməkdaşı Akif Umudovla əlaqə saxladım. İşçilərin maaşını verə bilmədiyimizi deyərək təhvil verilən sifarişlərin pulunun ödənilməsini istədim. Nazirlik ilə 2015-2022-ci illərdə 6 milyon 822 min manatlıq müqaviləmiz olub”, - şahid deyib.
İ.Rəsulov istintaqa verdiyi ifadəsində yerinə yetirdikləri sifarişlərin pulunun vaxtında çatdırılması üçün Akif Umudova 26 min manat “otkat” verdiyini bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
MİA.AZ
Slovakiyanın Baş naziri Ərdoğanla görüşdə: "Siz çox böyük siyasi və iqtisadi gücsünüz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident Davosda: Baş icraçı direktorla görüş olub - FOTOLAR
PARTİYA SƏDRI SAXLANILDI - Prezidenti təhqirə görə
Prezident İlham Əliyev Davosda müsahibə verib - FOTO
Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib
Azərbaycanlı tələbə azad olundu - İRANDA + FOTO
Əli Əsədov, Sahibə Qafarova, Samir Nuriyev və Baş nazirin müavinləri ziyarətdə - FOTOLAR
ABŞ diplomatı Şəhidlər xiyabanını ziyarət edib
Xəzər dənizində zəlzələ olub
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO
Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib
Sabahın hava proqnozu açıqlandı
"Bakirəliyin bərpası üçün gələnlərin sayı çoxdur"- Ginekoloqdan şok açıqlamalar (VİDEO)
Şimal zonasına qar yağıb
"Space"in sabiq direktoru sədri seçilib
Bakıda 20 Yanvar günü bu yollar bağlanacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azersun Holding”in rəhbəri vəfat edib
Milli Qəhrəmanın atasının kartından 80 min manat oğurlayan bu şəxs imiş - DİN və Bankdan açıqlamalar (FOTOLAR, Yenilənib)
ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar
"Kapital Bank" və "Beynəlxalq Bank" məni bezdirir, lakin... - Ekspert Hökumə Quliyevanın atasının başına gələnlərdən yazır
Azercell-in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir - FOTOLAR
İmişlidə kafedə dava: 20 yaşlı uşaq 30 yaşlı şəxsin boğazını kəsdi
Hakan Fidan Bakıya gəlib
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - İki qurum birgə məlumat yaydı
Azərbaycan nefti bahalaşdı
Cəbrayıla daha 206 nəfər köçürülüb
Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi Neymarın "yerin dibinə soxdu": "O, artıq əvvəlki oyunçu deyil, heyətdə olmayacaq"
Abşeronda evdə partlayış: 5 nəfər yaralanıb
Qəzza atəşkəsə 2 gün qalmış bombalanır - Daha 88 nəfər ölüb
YA SATILACAQ, YA BLOKLANACAQ - ABŞ məhkəməsi "TikTok"u "güncə sıxdı"
Anası gənc futbolçusunun 10 yaş böyük nişanlısına qarşı çıxdı: "Siz bir bunun geyiminə baxın..." - Oğlu isə... (FOTOLAR)