Bu rayonların şagirdləri buraxılış imtahanı verib
21-04-2024 [14:43]
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirib.
Mia.az xəbər verir ki, Bakı şəhərinin Xəzər (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 203 imtahan binası, 3 510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi ayrılıb.
İmtahanda 46 169 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər