Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"

img

19-04-2024 [00:04]


Daha bir ölkə fransız diplomatlarını ölkədə qovub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Burkina Faso 3 fransız diplomatı “persona non-qrata” elan edib. 

Onlar təxribat fəaliyyətində ittiham olunublar.

Bu səbəbdən də Vaqaduqu səfirliyində işləyən 3 diplomatdan ölkəni 48 saat ərzində tərk etmələri tələb olunub.

Məsələ ilə bağlı Fransanın Vaqaduqudakı səfirliyi hələlik susqunluq nümayiş etdirir.

Xatırladaq ki, Fransanın keçmiş müstəmləkələrindən biri olan Burkina Faso ilə münasibətlər 2022-ci il sentyabrın 30-dan pisləşməyə başlaylb. Belə ki,  İbrahim Traorenin qurduğu hərbi hökumət rəsmi Pariuslə münasibətləri "sərinləşdirib", hətta bir çox sahələr üzrə müqavilələri ləğv edib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR