Daha bir "tiktoker"ə 30 sutka həbs cəzası kəsildi - Açıqlama

img

16-04-2024 [16:16]


"Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir".

Mia.az DİN-ə istinadla xəbər verir ki, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.

Xatırladaq ki, dünən də "Tiktoker Adəm"in atası Sadiq Mirzəyev tutulub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR