BMT-də İrana görə toplandı: Qərb İsraili, Rusiya Tehranı dəstəklədi: "Əgər bir Qərb ölkəsinin səfirliyi vurulsaydı..."
15-04-2024 [09:08]
Ötən gecə BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) İranın İsrailə hücumu ilə bağlı rəsmi Tel-Əvivin tələbi üzrə toplantı olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, toplantıda çıxış edən baş katib Antonio Quterreş Yaxın Şərqdə gərginliyin daha da artmaması üçün İran və İsraili maksimum təmkinli olmağa çağırıb: "Hazırda təmkin və gərginliyin azaldılması zamanıdır. Əlbəttə, İranın hava zərbələri bölgədə gərginliyi daha da artırıb. Bu, qəbuledilməzdir".
İsrailin də İranın Dəməşqdəki diplomatik nümayəndəliyinə hücumu pislədiyini xatırladan Quterreş bildirib ki, Yaxın Şərqdə bir çox cəbhədə hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı addımdan çəkinmək lazımdır: "Nə region, nə də dünya yeni müharibələrə dözə bilməz”.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud çıxışına İranı qınayıb: "İranın ehtiyatsız davranışı təkcə İsrail xalqı üçün deyil, həm də İordaniya və İraq kimi bölgədəki BMT-yə üzv olan digər ölkələrin xalqı üçün də təhlükə yaradır. Təhlükəsizlik Şurası İrana öhdəliyini xatırlatmalıdır. Tehranın hərəkəti cavabsız qala bilməz. İran Hizbullah və Husilər kimi bölgədəki qollarından istifadə edərək beynəlxalq təhlükəsizliyi təhdid edir. Bütün bunlar daha yaxından izlənilməlidir".
İngiltərənin BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord da İranı İsrailə hücumlarına görə qınayıb: "Tehran bu hücumlara görə məsuliyyət daşımalıdır".
Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Rivyer də İsraili tam dəstəklədiklərini və İranı şiddətlə qınadıqlarını bəyan edib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia isə fərqli mövqe ortaya qoyub.
O, İsrailin İranın Suriyadakı diplomatik missiyasını bombalamasına diqəti çəkib: "İstənilən ölkənin diplomatik missiyasının vurulması müvafiq beynəlxalq müqavilələrin açıq şəkildə pozulmasıdır, lakin bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıranda ABŞ, Böyük Britaniya və Fransa bunu nəinki qınadı, həttə az qala haqq verdii. İndi gördüyümüz nəticə ortadadır. Diplomatik nümayəndəliyə hücum beynəlxalq hüquqa görə müharibə səbəbi sayılır. Əgər bir Qərb ölkəsinin diplomatik missiyası vurulsaydı, dərhal intiqamdan danışardınız. BMT TŞ İran və İsrailə münasibətdə ikili standartlar tətbiq edir, təəssüf ki. Halbuki, İranın özünümüdafiə hüququ var...".
Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun da İsrailin İranın diplomatik missiyasına hücumuna diqqət çəkib. O, həm o hadisəni, həm də İranın İsrailə hücumunu pisləyib.
Lamiyə Əhmədli
MİA.AZ
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb