İranın BMT-dəki nümayəndəsi: "Əgər İsrail növbəti dəfə səhv edərsə..."

img

15-04-2024 [00:06]


"Əgər İsrail növbəti dəfə səhv edərsə, İranın cavabı daha sərt olacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın BMT-dəki Daimi Nümayəndəliyinin sosial media hesabındakı paylaşımda bildirilib.

Məlumata görə, nümayəndəlik İsrailə son PUA və rakjet hücumunun hədəfləndiyi kimi başa çatmasını xüsusi vurğulayıb: "İranın hərbi cavabı sionist rejimin Dəməşqdəki diplomatik nümayəndəliyinə qarşı təcavüzünə cavab olaraq həyata keçirilb. Bu məsələ artıq bizim üçün bitmiş hesab olunur. Əgər İsrail bir daha oxşar səhv edərsə, İranın cavabı daha sərt olacaq. Bu məsələ İran və İsrail arasındadır, ABŞ bundan uzaq durmalıdır”.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR