İsrailli jurnalist: "Humanitar təşkilatın nümayəndələri qəsdən vurulub"

img

04-04-2024 [22:06]


""World Central Kitchen" (WCK) "Humanitar təşkilatın nümayəndələri qəsdən vurulub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu iddianı İsrailin "Haaretz" qəzetinin yazarı Gideon Levi deyib.

O, mərkəzi ofisi Vaşinqtonda yerləşən yardım təşkilatı işçilərinin ölümündə qəsd izi olduğunu iddia edib.

Bildirib ki, İsrail qüvvələri WCK nümayəndələrini qəsdəın bombalayıb: "Bu, hər hansı bir "səhv" deyil, bu, birbaşa, bilərəkdən hücum olub. Axı maşınların üstündə humanitar təşkilatın loqosu olduğu halda bunu necə bir səhv yozmaq olar? Kimi aldadırlar?".

İsrail Baş Qərargah rəisi Herzi Halevi isə ABŞ mətbuatına açıqlamasında hadisəni "böyük səhv" sayıb: "Yenə və çox açıq deyirəm: hava hücumu WCK yardım işçilərinə zərər vermək məqsədi ilə həyata keçirilməyib. Bu, gecə vaxtı həyata keçirlən mürəkkəb əməliyyat şəraitində baş verən  səhvdən qaynaqlanıb...".

Xatırladaq ki, aprelin 1-də İsrail Qəzzanın Deyr əl-Belah bölgəsind "World Central Kitchen"ın olduğu maşını bombalayıb. Nəticədə Avstraliya, Polşa, Böyük Britaniya, ABŞ, Kanada və Fələstin vətəndaşlarından ibarət təçşkilatın 7 əməkdaşıhəlak olublar...

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq