Norveç hərbi gücünü artırır - Orduya 152 milyard dollar ayrılır

img

06-04-2024 [00:03]


Norveç hökuməti ordusunu gücləndirməyə başlayıb.

Mia.az-ın xarici mətbuata istinadla məlumatına görə, bu barədə Norveç hökuməti rəsmi internet saytında hesabat yayıb.

Hesabata əsasən, ordunun gücləndirilməsi məqsədiylə uzunmüddətli "yoil xəritəsi" hazırlanıb.

Norveçin baş naziri Conas Gahr Store isə bildirib ki, ölkənin müdafiə büdcəsi təxminən 56 milyard dollar (600 milyard kron) artırılacaq: "2036-cı ilə qədər ümumi müdafiə xərclərini təxminən 152 milyard dollara çatdıracağıq. Bununla belə, peşəkar əsgərlərin sayını da 13 min 500-ə qaldıracağıq".

Norveçin baş naziri bölgədə müharibə təhlükəsinin artdığını və bu səbəbdən də ölkəsinin müdafiə qabilyyətinin gücləndirilməsinin həyati əhəmiyyət daşıdığını deyib: "Təhlükəsizlik mühitimiz gərginləşdikcə, biz müdafiə və hazırlıq məsələlərinə daha çox diqqət yetirməliyik"

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq