BLİNKENİN ZƏNGİ: gərginlik artacaq - Bəs, Rusiya Ermənistanın "gedişləri"nə necə yanaşacaq? (TƏHLİL)
04-04-2024 [13:48]
Aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Blinken aprelin 5-də ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Bununla belə, görüşün birbaşa Ermənistanın ticarət əlaqələrini şaxələndirmək məqsədi daşımadığı bəllidir.
Məsələ ondadır ki, Ermənistan Rusiyadan iqtisadi baxımdan asılıdır. Özü də bu asılılıq bir sahə ilə kifayətlənmir. Ermənistana xarici valyuta əsasən Rusiyadan gəlir. Bundan başqa, kənd təsərrüfatı mallarının çıxdığı bazar da Rusiya bazarıdır. Ən önəmli məqam isə minlərlə Ermənistan vətəndaşının Rusiyada çalışmasıdır.
Təbii ki, burada Türkiyə faktorunu da unutmaq olmaz. Ermənistanla Türkiyə arasında siyasi-iqtisadi münasibətlər normallaşmağa doğru getsə də, proses hələ tam bitməyib. Yəni Türkiyə ilə sərhədlər açılmadıqca Ermənistanın Avropa bazarına çıxışı limitli olacaq. Paşinyanın tələb etdiyi bir neçə milyard dollar və ya avroluq yardım paketləri də Ermənistanı Rusiya asılılığından xilas etməyəcək. Bu baxımdan Blinkenin söylədiyi kimi, Vaşinqtonun Brüssellə birgə Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarması o qədər real və inandırıcı deyil.
Digər tərəfdən, Brüsseldə planlaşdırılan görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak dəcək. Bu görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələləri təşkil edəcəksə, məntiqlə iqtisadçılar, ya da bu sahənin rəsmi şəxsləri bir araya gəlməli idi.
Əslində, Blinkenin dediklərini Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təkzib edib. Belə ki o, görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarının müzakirə ediləcəyini açıqlamışdı.
Prezident İlham Əliyev telefon danışığı zamanı qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa Birliyinin Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, İ.Əliyevin sözlərindəki qərarlılıq və prinsipiallıq vəziyyətin ciddiliyindən xəbər verir. Prezident Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Bu bir daha Bakının İrəvanla gərginlikdə, müharibədə maraqlı olmadığını göstərir, lakin rəsmi Bakı açıq şəkildə deyir ki, Ermənistanın silahlandırılması davam edərsə, təxribatlar baş verə bilər və bu zaman Azərbaycan tərəfinin cavabı sərt olacaq.
Nəticə etibarilə Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib narahatlığını ifadə etməsi, habelə Brüssel görüşü ilə bağlı aydınlıq verməsi olduqca vacibdir. Rəsmi Bakı başa düşür ki, Qərbin Ermənistana iqtisadi-siyasi və hərbi yardımlarının əsas məqsədi bu ölkəni Rusiyanın təsirindən çıxarmaqdır. Lakin bütün ehtimal risklər, Ermənistanın şıltaqlıqları və təxribat versiyaları nəzərdən keçirilir. Azərbaycan böyük güclərin regionda rəqabəti, habelə nüfuz mübarizəsi fonunda milli maraqlarına, habelə Ermənistan-Azərbaycan sülh prosesinə zərər gəlməsini qətiyyən istəmir. Buna görə də prinsipial mövqe nümayiş etdirir.
O ki qaldı Rusiyaya, Kreml Ermənistanda gedən proseslərlə heç vaxt barışmayacaq. Həm də onun üçün vaxt getdikcə daralır. Ukraynada uzun müddət gözləmə mövqeyində olan Rusiya nəticədə Kiyevi itirdi. Bu dəfə Ermənistanı asanlıqla itirmək istəmir.
Turan Rzayev
MİA.AZ
"Ləyaqət, saf niyyət və xeyirxah ürək..." - Mehriban Əliyeva Prezidenti belə təbrik etdi
Monteneqro Türkiyə vətəndaşlarına qarşı qərarı geri götürdü
Çin 100-dən çox yeni qitələrarası ballistik raket ehtiyatı toplayıb? - Rəsmi Pekindən açıqlama
Məşhur YAP-çı Prezidenti belə təbrik etdi: "Qəhrəman nüvədililərin arzusu odur ki..."
AFCON 2025: Seneqal və Konqo qələbə qazandılar
Ziraat Türkiyə Kuboku: "Konyaspor" qalib gəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Azərbaycan Prezidentinin doğum günüdür...
Ankarada təyyarə qəzası: Liviyanın Baş qərargah rəisi həlak olub
“Araz-Naxçıvan”ın prezidenti ölkədən qaçıb? - Zaur Axundovun qardaşı axtarışa verilib (Yenilənib)
Prezident İlham Əliyev Xankəndidə: "Əsas odur ki, öz doğma torpağınızdasınız" - FOTOLAR (Yenilənib)
ABŞ-dan ölkədə qanunsuz yaşayan miqrantlara mesaj: "Könüllü ölkəni tərk et, 3 min dollar al!"
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb - Bakıda + FOTOLAR
Qənimət Zahidə hökm oxundu - 7 il həbs cəzası kəsildi
İran prezidenti İlham Əliyevə zəng edib
"Ata Abdullayev amnistiyaya düşmür" - Vəkil xəbəri təkzib etdi
SABİQ REKTORA HÖKM OXUNDU - Məhkəmə iclası
Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibi ilə müzakirə aparıb
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
İsrail Qəzzaya yenə zərbə endirib - Ölənlərin sayı 70.942-yə çatıb
Elmar Baxşıyev istefa verib
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BƏYLƏR ƏYYUBOVUN QARDAŞI OĞLU QANDALLANDI: 5 milyonluq qaçaqmalçılıq işi üzrə həbslər başlayıb - AÇIQLAMA (YENİLƏNİB)
İran vətəndaşı saxlanılıb - 41 kq narkotiklə...
Prezident Ballıcada istehsal müəssisəsinin açılışında - FOTOLAR
Bir vəkil kollegiyadan xaric olunub
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar - FOTOLAR
Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
İordan çayının Qərb Sahilində əməliyyat: 40 fələstinli saxlanılıb
Zelenski: "Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib"
Tramp qubernatoru ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdi - Qarşı tərəf etiraz bəyanatı verdi
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Deputatlar bu tarixdə toplanacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq - Deputatlar yeni qanunu təsdiqləyib
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU
Müəllimlərin işə qəbulu imtahanı: ikinci mərhələ pullu olacaq - Yeni qanun qəbul edildi
"Amazon" Şimali Koreyalıdann olan "işçilər"ə "yox" dedi - 1800 agentin müraciət geri qaytarılıb
ABŞ-la sərhəddə təyyarə qəzaya uğradı - 5 nəfər ölüb