Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
29-03-2024 [16:31]
Martın 29-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə ilk öncə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.
Akademik G.Baxşəliyeva qeyd edib ki, tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. 1918-ci ildə ermənilər insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər.
Akademik ermənilərin tək indiki Azərbaycan Respublikasının ərazisində deyil, həmçinin Cənubi Azərbaycanda da kütləvi qırğınlar, soyqırımı törətdiklərini qeyd edib.
G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun əməkdaşlarının Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından söz açıb. Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva 1918-ci ildə bolşevik adı altında quldur erməni dəstələrinin Qubada törətdikləri soyqırımından danışaraq, həmin hadisələrin dəhşətli nəticələrini əks etdirən faktları diqqətə çatdırıb. Həmin hadisələr zamanı Quba qəzasında 167 kəndin tamamilə dağıdıldığını bildirən M.Əliyeva bunlardan 40-dan çoxunun bərpa edilmədiyini qeyd edib.
2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edildiyini xatırladan M.Əliyeva 30 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzaladığını qeyd edərək, 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Kompleksin açılışını etdiyini bildirib.
Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Çar Rusiyası və bir sıra dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilərin ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə, kütləvi qırğınlar, soyqırımı həyata keçirdiklərini, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstərdiklərini bildirib. S.Talıblı Neftçalada törədilən soyqırımından danışıb. Erməni-daşnak quldur dəstələrinin 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatdıqlarını, gəmilərin Kür çayına keçdiyini və erməni-daşnak quldurların çayın ətrafında olan kəndlərə hücum edərək əhalinin mal-mülklərini qarət etdiklərini, insanları vəhşicəsinə qətlə yetirdiklərini qeyd edib.
Çıxışda Neftçalanın Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəll, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndlərində həyata keçirilən qarət, soyğunçuluq, soyqırımından bəhs edilib. İnstitutun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri Fransanın erməniləri Cənubi Azərbaycanda soyqırımı törətməkdə himayə etməsindən danışıb.
Bildirib ki, Fransa həm missioner fəaliyyəti çərçivəsində, həm də Birinci dünya müharubəsi illəri və ondan sonra erməniləri müxtəlif formalarda azərbaycanlılara qarşı soyqırımı törətməkdə himayə edib. Fransa ilk öncə hələ 1807-ci ildən missionerlərini Urmiyaya göndərib və onların vasitəsi ilə dağınıq şəkildə yaşayan erməniləri yerli əhaliyə qarşı təşkilatlandırmağa başlayıb.
Fransa daha sonra maliyyə yardımı ayıraraq erməni və aysorları silahlı dəstə şəklində təşkilatlandırıb və öz zabitləri ilə onlara hərbi təlim verib, azərbaycanlılara qarşı soyqırımı törətməkdə yardım edib.
Məşhur jurnalist və ailə üzvləri oteldə yanaraq öldü - FOTOLAR
Hakan Fidan: "İsrail atəşkəsə tam əməl etmir"
İsrail Livanla atəşkəsi pozub - 17 dəfə
İlyas İsmayılov komaya düşüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zakir Həsənov: "Xəbər bizi dərindən kədərləndirdi"
Türkiyədə oteldə dəhşətli yanğın: 76 nəfər yanaraq ölüb, 50-dən yaralı var (YENİLƏNİB)
Avropa Liqası: “Qalatasaray” - “Dinamo Kiyev" oyununda qapılara 6 qol vurulub (Yenilənib)
Joze Mourinyo: "Ya bu transferi tez bitrin, ya da başqa oyunçu alın"
Mehriban Əliyeva: "Başın sağ olsun, Türkiyə!"
Türkiyədə matəm elan olundu - Otel yanğınına görə
Qarabağda çoxsaylı cinayətdə təqsirləndirilən ermənilər yenidən hakim qarşısına çıxarıldı - Məhkəmə prosesi (FOTOLAR)
İsrail İordan çayının qərb sahilinə basqınları davam etdirir - Azı 20 fələstinli saxlanılıb
Yasamal DYP-nin rəisi dəyişib - Təyinat
Bakıda cərrah saxlanılıb - Burun əməliyyatına görə
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqlad
İlham Əliyev Sultan Əhməd bin Sulaim ilə görüşüb
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi... - Zakir Həsənov tapşırıqlar verdi
Əli Əsədov orta məktəblərlə bağlı qərar imzaladı
Almaniya Baş naziri: "ABŞ bizim ən yaxın müttəfiqimizdir və..."
"EŞŞƏYİNİN SƏSİNİ KƏS" - Göygöldə qonşu qonşunu heyvanın anqırmağına görə ölümcül döyüb
Hərbi qulluqçu Nurlan Namazov vəfat edib
HƏMAS: "4 israilli qadın əsgərə qarşı 200 fələstinli azad olunacaq"
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
İlham Əliyev Davosda daha bir şirkət prezidenti ilə görüşüb
Klinika: "İlyas İsmayılovun vəziyyəti ağır stabil olaraq qalır"
UEFA Avropa Liqası: "Qarabağ" - FCSB oyununun təyinatları bəlli olub
Xalq artisti yenidən reanimasiyaya yerləşdirilib
Qarabağ zonasında 601.8 hektar ərazi minalardan təmizlənib
"Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İLHAM ƏLİYEV TRAMPA MƏKTUB GÖNDƏRDİ
VƏZİFƏLİ ŞƏXSİN EVİNDƏN 244 MİN MANATLIQ QIZIL OĞURLANIB
Sabahın hava proqnozu açıqlandı
Saxlanılan partiya sədri məhkəməyə gətirildi: "Məni öldürmədən susdura bilməzsiniz" - FOTOLAR
“Unibank"ın depoziti 27 milyon manat azalıb - Bir rübdə
ELDAR ƏZİZOVUN DOSTUNA VERDİYİ 37 MİLYON MANATLIQ TENDER və ya 20 il əvvəldən başlayan işbirliyi ... - O, kimdir?
Daha bir sahədə cərimələrin məbləği artırıldı
Masallıda evə basqın edən "qara maskalı"lar...
Əmək pensiyasının minimum məbləği... - MM-də yeni müzakirə başlayır
57 nəfəri aldadan şəxs tutulub