"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq

img

28-03-2024 [21:13]


Daxili İşlər Nazirliyi dələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev açıqlama verib:

“30 000, 17 000, 26 700, 9 000, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərində talamalar necə baş verir? Nəyisə almaq, nəyisə kirayələmək üçün onlayn qaydada beh ödəyirsiniz. Sonra beh ödədiyiniz şəxs sizə geri zəng edərək, yaxud, mesaj yazaraq, razılaşmanın mümkün olmadığı, alınmadığı üçün üzr istəyərək behi qaytarmaq istəyir. Siz də həmin pulu geri qaytarmaq üçün bank kartı məlumatlarını həmin şəxsə göndərirsiniz. Nəticədə kartınızda olan bütün vəsait hesabınızdan oğurlanır. Bütün bunları nəzərə alaraq, bank kart istifadəçilərini diqqətli olmağa çağırırıq. Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”.


Digər xəbərlər
SON XƏBƏRLƏR