Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə

img

28-03-2024 [17:29]


“Var Bu tiplər” adlı sosial media kanalı ilə tanınan Kıvanç Talu və həyat yoldaşı Beril Talu saxlanılıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük 150 milyon lirəlik (78900 manat) dələduzluqda ittiham olunurlar.

Türkiyə mətbuatı yazır ki,  cütlük bu dələduzluqla yanaşı, İstanbulda Ali K. adlı bir bərbərə də 7 min dollar "atıblar".

Hazırda İstanbul Baş Prokurorluğu onlarla bağlı şikayəti araşdırır.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR