"Fənərbağça"nın idman direktoru: "Futbolçuların həyatlarına təhlükə vardı..."

img

19-03-2024 [12:49]


"Fənərbaxça"nın İdman direktoru Mario Branko "Trabzonspor" matçından 3-2 hesablı qələbədən dərhal sonra meydana daxil olan azarkeşlərlə  futbolçuların əlbəyaxa davasından Portuqaliya mətbuatına danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, futbolçuların bəzi azarkeşləri vurmasına haqq qazandırıb: ""Fənərbağça"lı futbolçuların  azarkeşlərə hücum etdiyi görüntüləri fərqli yozulmasını qəbul eəd bilmərik. Oyunçularıma qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır. Çünki gördüklərimiz inanılmaz idi. Künclərdən bayraq dirəyini çıxaran, bıçaq, zobalarla meydana daxil olanlar futbolçulara ağır xəsarətlər yetirməyə can atırdı. Oyunçularımız da özünümüdafiə instikti ilə davranmağa məcbur idi, çünki həyatlarına böyük təhlükə vardı...".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR