Azərbaycan - İngiltərə oyununda qapılara 6 qol vurulub - FOTOLAR (Yenilənib)

img

22-03-2024 [18:01]


Bu gün saat 16.00-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, oyun Azərsun Arenada keçirilir.

Azərbaycan yığmasının tərkibində "Qarabağ"ın hü3cumçusu Nəriman Axundzadə iştirak edib.

İngiltərə yığmasına isə "Liverpul"un bir neçə tanınmış oyunçuları dəvət alıb.

İngilislər 27-ci dəqiqədə hesabı açıblar - 0:1.

Bu qoldan iki dəqiqə sonra qapımızdan daha bir qol buraxılıb - 0:2.

57-ci dəqiqədə qonaqlar daha bir qol vurublar - 0:3

67-ci dəqiqədə ingilislər fərqi 4-ə çatdırıb - 0:4.

86-cı dəqiqədə millimiz Ramin Nəsirlinin qolu ilə  fərqi azaltsa da, cəmi 2 dəqiqə sonra fərq yenidən artıb - 1:5

Oyun bu hesabla başa çatıb.

Zülfiyyə

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR