İcra başçısı 58 min manata xidməti maşın alıb

img

19-03-2024 [11:45]


Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib.

Təchizatçının kimliyinə gəlincə, bu, "Auto Azərbaycan" MMC-dir. "Auto Azərbaycan" MMC "Hyundai" şirkətinin Azərbaycandakı distribütorudur.

İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb.

Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.

Onu da qeyd edək ki, 4 uşaq atası olan S.Orucov boşanaraq, bir neçə həftə əvvəl aparıcı Alidə ilə evlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR