Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...." - "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
16-03-2024 [09:27]
Vahid Ələkbərov – Azərbaycanlı milyarder, neft maqnatı. “LUKoil” şirkətinin prezidenti. 1950-ci ilin sentyabrın 1-də Bakı şəhərinin “Razin” qəsəbəsində, (hazırkı Bakıxanov qəsəbəsi) Yusif Ələkbərov və Tatyana Fyodrovana cütlüyünün ailəsində dünyaya gəlib. Ailədə 3 bacı və 2 qardaş olublar. Vahid evin sonbeşiyi olub.
Neftçi Yusif Ələkbərov mədənlərdə çalışıb. Ana Tatyana Fyodrovana isə evdar xanım olub. Ailə illərlə Yusif kişinin qazandığı fəhlə maaşı ilə dolanmalı olub. Vahidin 3 yaşı olarkən atası qəfildən vəfat edib. Bu isə ailənin maddi vəziyyətini daha da dözülməz edir. Nəticədə V.Ələkbərovun uşaqlığı ehtiyac içində, kasıblıqla mübarizədə keçir. Həmin vaxta qədər heç bir yerdə çalışmayan 38 yaşlı ana T. Fyodrova dövlətdən aldığı 34 rubl pensiya ilə beş uşağına baxmağı düşünür. Amma sonda çarəsiz qalan ana müxtəlif yerlərdə çalışmalı olub. Bütün çətinliklərə, dözlüməz şəraitə baxmayaraq övladlarından imtina etməyib, onların ehtiyaclarını qarşılamaq üçün var gücü ilə mübarizə aparıb. Bir müddət sonra ailənin böyük övladı Züleyxa Ələkbərova da neft sahəsində işlə başlayıb. Nəhayət Ələkbərovlar ailəsinin ən ağır günləri geridə qalır. Ailənin kiçik qızı Nelli Ələkbərova həmin günləri belə xatırlayır: “Anamız ailəmizi birləşdirməyi bacardı. Bütöv bir yumruq kimi idik. Böyüklər həmişə kiçiklərə kömək edir, kiçiklər də böyüklərə qulaq asırdı. Tərbiyəmizdə əsas yeri anamız tutur. Anamız bizim baş müəllimimiz idi”
Times.com Vahid Ələkbərovun həyatını araşdırıb. Uzun müddət davam edən araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.
Vahid Ələkbərovun müəlliməsi Taisa Petrovna danışır:
– 52 il müəllimə, direktor işləmişəm. Vahid Ələkbərov isə 5-ci sinifdə oxuyan zaman bizim məktəbə (169 saylı orta məktəb) gəlib. İndi isə yaşlanmışam. Evdən çıxa bilmirəm.
– Vahid Ələkbərov necə şagird idi? Dərslərini necə oxuyurdu?
– Oxumağı ilə bağlı deyə bilərəm ki, orta səviyyədə idi. Çox da yaxşı oxumurdu. Amma həddən artıq fəal oğlan idi. Xüsusi ilə təşkilatçılıq qabiliyyəti ilə məktəbdə fərqlənirdi. Tədbirlərin təşkilatçılığını da edirdi. Sinif yoldaşları arasında da öz nizam-intizamı ilə fərqlənirdi. İstəyirdi ki, sinif yoldaşları da irəli çıxsın, geridə qalmasınlar. Təşkilatçı olmaqla yanaşı tələbkar idi. Verdiyimiz tapşırıqları zamanında yerinə yetirərdi.
– Bir zamanlar dərs dediyiniz Vahid Ələkbərovu necə xatırlayırsınız?
– Bu gün 96 yaşım olmasına baxmayaraq, Vahid Ələkbərovu çox yaxşı xatırlayıram. İllər öncə ona bir məktub yazdım. Məktəbimizin təmirə ehtiyacı olduğunu qeyd etdim. O isə təhsil aldığı məktəb üçün yüksək məbləğdə vəsait ayırdı. Məktəbimizi tam təmir etdirdi. Bir müddət sonra məktəbə yenidən gəldi, həmin vaxt mənə bir televizor da hədiyyə etdi.
“Vahid Ələkbərov məktəbimizi təmir etdirdikdən sonra hər kəs ora “Lukoil məktəbi” deyirdi”
– Vahid Ələkbərovun ayırdığı vəsait hesabına məktəbimizin hər küncü çox yüksək səviyyədə təmir olunmuşdu. Hətta Vahid Ələkbərovun bacıları da həmin məktəbdə təhsil almışdılar. Məktəbimiz təmir olunduqdan sonra onlar da ora gəldilər. Təmir-tikinti işləri ilə tanış oldular. Çox tərbiyyəli, mərhəmətli xanımlardı. Keçmişlərinə hər zaman hörmətlə yanaşırlar. Bu da yəqin ki, onları hər zaman irəli aparır.
Vahidin valideynlərini heç vaxt görməmişəm. Amma bildiyim qədəri ilə, atası Yusif bəy neft mədənində çalışıb və erkən yaşda vəfat edib. Vahid neftçi bir atanın oğlu olub. Vahidgili anaları böyüdüb, tərbiyyə edib.
– Bu gün Vahid Ələkbərova nə demək istərsiniz?
– Mən ona can sağlığı arzu edirəm. Demək istərdim ki, hər zamankı kimi enerjili olsun. Həyat-fəaliyyətini belə uğurla davam etdirsin.
Vahidin doğum günü sentyabrın 1-dir. Mən bu tarixi heç vaxt unutmamışam. Məktəbdə çalışdığım zaman bu tarixi tez-tez jurnala qeyd edərdim.
Bəs Vahid Ələkbərov necə bir tələbə olub?!
İdris Mövsümov – Vahid Ələkbərovun tələbə yoldaşı, ömürlük dostu, yeganə sirdaşı. Çox təəssüf ki, İdris Mövsümovun iki ay öncə vəfat etdiyini öyrəndik.
İdris Mövsümovun bacısı Lalə Mövsümova suallarımızı cavablandırır:
– Vahidin Bakıda yeganə dostluq etdiyi şəxs mənim qardaşım İdris Mövsümov idi. Onlar indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıblar, tələbə yoldaşı, ən yaxın dost olublar. Bu dostluq tələbəlikdən bəri, 50 ildən artıqdır ki, davam edirdi. Vahid də bizim ailəmizin bir üzvüdü.
– Siz Vahid Ələkbərovgilin ailəsini necə xatırlayırsınız?
– Çox zəhmetkeş ailə idilər. Kasıblıqla böyüyüblər, əziyyət çəkiblər. Vahid evdə ən kiçik uşaq olduğuna görə, bütün bacıları ona kömək edirdi. Vahidin atası Yusif kişi İran azərbaycanlısı olub. O vaxtlar müharibədən sonra İrandan çoxlu sayda azərbaycanlılar ölkəmizə köç edirdilər. (1947-ci illərdə) Bakı şəhərində isə çox adam öz qızlarını onlara ərə vermirdi. Çünki onların heç nələri yox idi, həddindən artıq kasıb idilər. Hətta bir çoxları təhsil də almamışdı. Diqqət etsəniz görərsiniz ki, həmin şəxslərin çoxunun həyat yoldaşı rus, erməni əsilli olub. Vahidin atası da Bakıda Tatyana adlı bir rus xanım tapıb və onunla ailə həyatı qurub. Tatyana da çox kasıb bir ailənin qızı olub. Hündür boylu, ağbəniz, dolu bir qadın idi. Həmişə üzü gülərdi. Vahid də elə anasına oxşayır. O, anasına həddindən artıq bağlı idi Vahidin imkanları artdıqdan sonra anasını da Moskvaya apardı. Birlikdə yaşadılar.
Vahidin o biri qardaşının adı Vaqifdir. “Vovo” deyirlər. Yaxşı münasibətimiz var. Böyük bacıları Züleyxanı da tanıyıram. Zəhmətkeş bir xanımdı. Ailənin ən ağır günlərində çalışıb, qardaş-bacılarına dəstək olub.
Deyə bilmərəm ki, Vahid univesiteti çox da əla qiymətlərlə başa vurub. Amma xüsusi ilə qeyd etmək istəyirəm ki, Vahid yaxşı bir təşkilatçı olub.
– Vahid Ələkbərovun gənclik illərini necə xatırlayırsınız?
– Vahid bizim evin bir üzvü kimi idi. Hündür boylu, yaraşıqlı oğlan idi. Biz ona “Alen Delon” deyirdik. Bir-birinə çox oxşayırdılar. Çox mədini və utancaq bir oğlan idi. Mənim anam gözəl yeməklər bişirərdi. Həmişə deyərdi ki, “Vahid sən də otur çörək ye”. Anam bilirdi ki, Vahid bozbaş yeməyi çox sevir. Sonrakı illərdə də anam Vahidi unutmadı. Vahid Moskvada işləyəndə də anam ona bankada əncir mürəbbələri göndərirdi. Bilirdi ki, Vahid bunu çox sevir. Anam həmişə deyərdi ki, birdən Vahid ac olar…
Vahidlə qardaşım İdrisin heç vaxt adi bir mübahisələri də düşməyib. Ömür boyu mehriban dost olublar. Vahid elə bil İdrisdən başqa heç kimi özünə yaxın buraxmadı. Hətta Vahid Bakıya bir saatlıq gəlsə də mütləq birinci İdrislə görüşərdi.
Vahid illər öncə “Razində” yaşadıqları evə də getmişdi. Görüb ki, orada başqa insanlar yaşayırlar. Vahid həmin ata evini təmir etdirdi. Orada təhsil aldığı orta məktəbə də pul ayırdı, təmir etdirdi. “LUKoil” şirkəti Azərbaycan Dövlət Neft Akademiyasına da dəstək oldu, kompüter avadanlığı ilə təchiz etdi. Hətta anasının adına bir rus kilsəsi də tikmək istəyirdi. Anasının adını əbədiləşdirmək istəyirdi…
“Vahid ömürlük dostunu son mənzilə yola saldı”
– İki ay öncə qardaşım İdris Mövsümov qəflətən vəfat etdi. Vahid öz dostunu son mənzilə yola salmağa gəlmişdi. O, mühafizəçiləri ilə birlikdə yas mərasiminə gəlmişdi. Həmin vaxt camaatı evdən bayıra çıxarıb dedilər ki, Vahid dostu ilə vidalaşmaq istəyir. Vahid İdrisin cənazəsinin olduğu otağa daxil oldu. Dedi ki, məni İdrislə tək qoyun. Və dostu ilə əbədi olaraq vidalaşdı.(kövrəlir)
Vahid İdrisə çox bağlı idi. O, İdris üçün hər şey edib. Mən 22 ildir ki, Hollandiyada yaşayıram. Həmişə ora gedəndə İdris mənə deyərdi ki, “Vahid bu dəfə gələndə mənim üçün bunu etdi, bu villanı, bağı mənə aldı, bu maşını hədiyyə etdi…”
Hətta Vahid İdrisə deyirdi ki, mən səni “LUKoil”də ən yüksək vəzifəyə də təyin edə bilərəm. Amma lazım deyil. Niyə? “Çünki, mən işçilərimi həmişə təndiq edirəm, onların nöqsanlarını üzlərinə deyirəm. İstəmirəm sən də mənim üçün bir işçi olasan. İstəmirəm ki, bizim münasibətlərimiz bu səviyəyə düşsün. Amma mən sənə necə istəsən kömək edəcəyəm”. İdris “LUKoil”də həmişə menecer vəzifəsində oldu. Vahid həmişə İdrisi xarici səfərlərə göndərirdi…
Vahid heç vaxt bəziləri kimi öz doğmalarını unutmadı. Hətta onun bir qız qohumu da vardı. O da “LUKoil”də işləyir. Həmin qızın ərə getmək istədiyi oğlan da “LUKoil”də çalışırdı. Vahid həmin oğlana deyib ki, əgər sən həqiqətən də bu qızı sevirsənsə və onunla ailə quracaqsansa birinci “LUKoil”dəki işindən çıxmalısan. Həqiqətən də oğlan həmin işdən öz ərizəsi ilə çıxdı. Vahid əvvəlcə fikirləşib ki, bu oğlan qızı guya Vahidə görə alıb, işində daha da yüksəlmək istəyib. Vahid isə belə şeylərin qəti əleyhinə idi. Bütün bunlara baxmayaraq onlar ailə həyatı qurdular. Vahid də onlar üçün hər şey etdi. İndi də həmin oğlan başqa bir şirkətdə çalışır…
– Vahid-İdris dostluğu ilə bağlı hansı xatirəni bölüşə bilərsiniz?
– Vahidlə İdris cavan oğlanlar idi. Onlar bizə gəlib piano çalardılar. Həmin vaxtlar Polad Bülbüloğlunun mahnıları məşhur idi. Onlar qurup halda yığışıb mahnılar oxuyurdular.
İdrisin toyunu heç vaxt unutmaram. Vahid o vaxt nişanlısı olan Larisa xanımla İdrisin toyuna gəlmişdi. Gözəl bir fotomuz da var. Həmin foto illərlə evimizin salonunda durdu. Vahid həmişə deyirdi ki, “mən ömrüm boyu yadımdan çıxarmaram ki, Lalanın (yəni mənim) toyunda cins şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Univesitetdə 3-cü kursdan sonra tələbələri təcrübə keçməyə göndərirdilər. İdris də, Vahid də neft mədənlərinə gedib həm təcrübə keçirdilər, həm də özləri üçün pul qazanırdılar. Atam da onlara deyirdi ki, gedin işləyin pul qazanın. Atam mədən sahiblərinə zəng edib deyirdi ki, iki tələbə gələcək onları işlə təmin edin. Vahidlə yenidən görüşüb, həmin günləri yada salmaq istərdim…
İki il öncə Vahid İdris birlikdə kürəkənimin Moskvadakı restoranına gedib. Həmin gün bütün restoranı bağladıblar. Vahid oradan gedəndə deyib ki, ömrümdə ilk dəfədir ki, restorandan pul ödəmədən çıxıram.
– Vahid Ələkbərovun uğur qazanması ilə bağlı nə deyə bilərsiniz?
– Bizim tək bildiyimiz budur ki, böyük şəxsiyyət Azad Mirzəcanzadənin ona köməyi olub. Vahidin bacısı Züleyxa da orada işləyirdi. Çox ağıllı, yaxşı qadındı. Azad Mirzəcanzadə də görüb ki, Vahid də ciddi, yaxşı təşkilatçı gəncdir. Nəhayət Azad müəlim Vahidə düzgün yol göstərib, o da uğurlar qazanıb. Vahid işləmək üçün əvvəlcə Surquta gedib. Sonra Moskvada çalışıb. Vahid birdən-birə uğur qazanmadı. Hər şeyi pillə-pillə edib.
Hətta Vahid öz yeganə övladı Yusifi də universiteti bitirdikdən sonra Surquta işləməyə göndərdi. Ona deyib ki, get mənim ilk işlədiyim yerdə çalış və istehsalatı öyrən. O, oğlunu əziz-xələf bilib başının üstündə saxlamayıb. Çox ciddi ata olub. İdris də həmişə bunu deyirdi. Vahid oğluna kömək etməyib, yol göstərib. İstəyib ki, oğlu da əziyyət çəkib, uğur qazanmağı bacarsın.
Hafiz Əhmədov
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq