Qaçırılan 15 yaşlı qız: “Apardı kəndə, başıma oyun açdı” - VİDEO

img

29-02-2024 [15:22]


“Mən parkda gəzirdim, oğlanla orada tanış oldum. Oğlan mənə dedi ki, qaçırdım səni? Mən də inandım, amma o, məni aldatdı”.

Mia.az xəbər verir ki, bu sözləri 15 yaşında qaçırılan yeniyetmə qız başına gələn hadisələr haqda Baku TV-yə danışarkən deyib.

“Məni öz kəndlərinə apardı, orada başıma oyun açdı. İstəmirdim onu. Atamgil polisə müraciət etdilər. Sonradan məni polisə apardılar. Mənə dedilər ki, polisə öz istəyimlə getdiyimi bildirim. Sonra Bakıya gətirdilər məni. Oğlan içirdi, deyəsən narkotik də istifadə edirdi. Hər gün məni döyürdü, söyürdü”, – o söyləyib.

Yeniyetmə qız onu qaçıran oğlanla iki ildir münasibətdə olduğunu söyləyib. Onun sözlərinə görə, valideynlərinin də bundan xəbəri olub.

Qeyd edək ki, yetkinlik yaşına çatmayan qız sığınacağa yerləşdirilib.

Ətraflı süjetdə:

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq