Jurnalisti hədələyən kmdir? - Məhəmmədəli Qəribli yazdı
29-02-2024 [09:31]
Kamil Zeynallı açıqlama verib ki, onun adından məni hədələyən adamı tanımır. Sonra deyib ki, guya, mən onun adı ilə özümü reklam etmək üçün belə addımlar atıram. Yəqin Kamil özü ilə məni səhv salır. Çünki ucuz şoularla özünü reklam edən mən yox, onun özüdür.
Mən uzun müddətdir jurnalistika sahəsində çalışıram, kifayət qədər də tanınıram. Kamilin adı ilə özümü reklam etmək fikirinə düşsəm, əksinə, antireklam effekti alaram. Yaxşı ki, Kamilə görə necə hədələnməyimi təsdiq edən mötəbər sübut kimi səs yazısını ortaya qoymuşam.
Yoxsa, Kamil deyərdi ki, ümumiyyətlə belə şey olmayıb. Məni hədələyən adamın kimlyini dəqiq müəyyən etmişəm. Özünü “Gəncəli Qabil” kimi təqdim edən şəxs əslində Kamilin yaxşı tanıdığı, hətta qucaqlaşaraq şəkil çəkdirdiyi “Ağstafalı Amil”dir. Onun Kamil Zeynallı ilə qol-boyun olaraq çəkdirdiyi şəkili paylaşıram.
O, həqiqətən Moskvada yaşayır. Mən indiyə kimi bu işlə bağlı rəsmi olaraq hüquq-mühafizə orqanlarına şikayət etməmişəm. Çünki gözlədim görüm, bu gün həqiqətən saat 8-də gəlib məni aparacaqlar? Heç həndəvərimə belə keçə bilmədilər.
Kamil deyib ki, şikayəti varsa, hüquq-mühafizə orqanlarına müraciət etsin. Kamilin nəzərinə çatdırıram ki, çox sağ olsunlar, hüquq-mühafizə orqanları ən yuxarı səviyyədə artıq bu işi nəzarətə götürüblər. Mən əlimdə olan daha mötəbər sübutları ora verəcəm. Qoy Kamil gedib orada həqiqətən bu adamı tanımadığını sübut etsin.
Mən fürsətdən istifadə edib, dünəndən başlayaraq narahat olub mənə zəng vuran, mesaj yazan, evə gələn sayı yüzlərlə ölçülən adamların hər birinə dərin minnətdarlığımı ifadə edirəm. Bu mövzuda mənə saytlarda, sosial şəbəkələrdə dəstək olan həmkarlarıma da təşəkkürmü bildirirəm. Eyni zamanda, bu işə həssas yanaşan əlaqədar qurumlara da minnətdaram.
İnanıram ki, yaşadığımız hüquqi dövlətdə jurnalisti yazdığı yazıya görə bu şəkildə hədələyən, təhqir edən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar.
Məhəmmədəli Qəribli
AZİNFORUM.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb