Məhkəmə jurnalist Nərgiz Absalamova barədə qərar verdi - Həbs müddəti uzadıldı

img

24-02-2024 [15:25]


Ötən ilin dekabr ayında həbs olunan jurnalist Nərgiz Absalamova barədə məhkəmə yeni qərar verib.

Mia.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hakim Sahibə Hacıyeva onun haqqında həbs qətimkan tədbirini daha 3 ay uzadıb.

Qeyd edək ki, jurnalist 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR