Əvəz Zeynallı ilə "Səda TV"nin rəhbəri bəraət istəyir
23-02-2024 [17:28]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürovun məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məhkəməyə ərizə ilə müraciət edib.
Onun müraciəti Əvəz Zeynallının peşə fəaliyyəti ilə bağlıdır. O, məhkəmənin düzgün qərar verəcəyinə inandığını vurğulayıb.
Məhkəmə Məlahət Zeynallnın müraciətini cinayət işinə əlavə edib.
Daha sonra, Elnur Şükürovun vəkili çıxış edib:
“Hörmətli məhkəmə kollegiyası, burada dələduzluq hardadır? Mənə başa salın.
Burda ən biabırçı maddə Sumqayıtla bağlıdır. Elnur Şükürov Sumqayıt şəhər icra hakimiyyətindən gedib sərəncamı götürməklə kimə təsir edə bilər?
İstintaqda adı çəkilən Teymur Rəhimov heç məhkəməyə gətirilmədi. Onu məhkəməyə gətirmək bu qədər çətindirmi?
Məni gecə yerimdən oyadıblar. Mən onun vəkiliyəm, başa saldım ki, bunun yolu, yordamı var. Elnur Şükürovla istintaqda görüşdüm. “Rəis, rəis” dedikləri bir adam vardı, gəldi dedi ki, ya Əvəz Zeynallının üzünə durmalısan, ya da həbs olunursan. Başqa yolun yoxdu. Əvəz, oldu-olmadı”.
Əvəz Zeynallı suala cavab olaraq bildirib ki, hələ daha artığı olub: “Çox düz danışırsınız. Hələ bunlardan artığı olub, nəyinki əksiyi”.
Elnur Şükürovun vəkili məhkəmədən bəraət istəyib: “İttihamların hamısı şər və böhtandır. Hüquqlarını müdafiə etdiyim şəxsə məhkəmədən bəraət istəyirəm. Xahiş edirəm ki, qərarınızla Elnur Şükürov məhkəmə zalından azadlığa buraxılsın”.
Məhkəmənin gedişatında təqsirləndirilən şəxslər Elnur Şükürov və Əvəz Zeynallı son söz deyib.
Elnur Şükürov son sözü tribunada demək üçün məhkəmədən icazə istəyib. Hakim qandalların vurulmasını istəyəndə, narazılıq yaranıb. Nəticədə Elnur Şükürov son sözünü tribunada yox, şüşə kabinada deyib.
O, son sözündə bildirib:
“Mən Nərimanov parkında heç bir əsas olmadan, qəfil tutulmuşam. Məni saxlayıb maşına mindirdilər. İlk sualları “Əvəz Zeynallının iadə edəcəyi sənəd hardadı?” oldu. Kiməsə zəng edib dedi ki, “Rəis, Elnur Şükürov bizlədi”. Heç bir icazə sənədi olmadan maşınımı axtardılar. 3 maşın adam evimə gedib soxuldular. Evə baxış keçirmək ayrıdı, soxulmaq ayrı. Göstərəcəm, soxulmaq nədi, baxış nədir... Son olaraq bildirirəm ki, burada bəzi məmurların media savaşı gedir. Cinayətkar olaram, məhkəmədən xahiş edə bilərəm ki, məni əfv etsinlər. Amma yenə cəsarətimi özümdə saxlıyıb, sizdən böyük bir ədalət gözləyirəm. Ən azından bizə bəraət verilməlidir”.
Növbə Əvəz Zeynallının son sözü deyilməsinə gələndə, o da hakimdən tribunada çıxış etməsini istəyib. Hakim onun istəyini qəbul etməyib. Əvəz Zeynallı etirazını bildirəndə, hakim prosesin təxirə salınacağını qeyd edib.
Əvəz Zeynallı çıxışa başlayıb: “Mən düşünmüşdüm ki, 2 saat proses ərzində danışaram. Eybi yox, 1 saat indi, 1 saat gələn proses danışaram. Bu məhkəmədə iştirak edən hər kəsə təşəkkür edirəm. Məhkəməni işıqlandıran media nümayəndələri 1 il ərzində əziyyət çəkdi. Amma keçən səfər yazıblar ki, Əvəz Zeynallının gözləri tutulub. Ay insanlar, biri tutulub. O biri ilə hələ görürəm”.
Hakim Əvəz Zeynallıya maddələr üzrə danışmasını istəyib.
Proses davam edir...
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb