Münhen qələbəsi - Əli Cabbarov yazır
19-02-2024 [16:47]
Əli Cabbarov
***
Dünyanın, xüsusən də Avropa və Yaxın Şərqin ənənəvi olaraq böhranlı günlərini yaşadığı bir dövrdə keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransının gündəliyi qlobal və regional problemlər baxımından olduqca gərgin idi.
Fevralın 16-dan 18-dək dünyanın siyasi elitasının və iqtisadi nəhənglərinin bir araya gəldiyi bu platformada iştirak edən dövlət başçıları və ölkə təmsilçilərinin hər kəsi narahat edən bir çox problemlərin həlli baxımından mümkün yolların tapılması üçün aparacaqları müzakirələr keçən həftə maraq doğuran əsas başlıqlardan biri idi. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə bu konfransa qatılmış Prezident cənab İlham Əliyevin regional və qlobal problemlər barəsində dünyaya verəcəyi məsajlar isə daha da maraq doğururdu.
II Dünya müharibəsindən sonra planetin qarşılaşdığı ən dərin böhranlı bir dövrdə siyasi liderlərin və özəl sektor təmçilçilərinin bir araya gələrək yaranmış və yaradılmış problemlərin həlli üçün fikir mübadiləsi aparmaq baxımından bu dəfəki Münhen konfransı bir sıra maraqlı cəhətlərlə yadda qalıb. BMT, NATO baş katibləri və 50 ölkənin dövlət və hökumət başçıları da daxil olmaqla, 180 yüksək vəzifəli nümayəndənin iştirak etdiyi, Rusiya və onunpərəst dövlətin dəvət olunmadığı, Ukraynaya qarşı müharibə başlayandan sonra bu dövlətin başçısının ilk dəfə, Azərbaycanın isə ilk dəfə ərazi bütövlüyü tam təmin olunmuş dövlət kimi qatıldığı konfransda aparılan müzakirələrin ana mövzusu əslində öncəsindən bəlli idi.
İki il ərzində yüz minlərlə insanın ölümünə və yüz milyardlarla dollar maddi zərərə səbəb olmuş Rusiyanın Ukraynaya təcavüzü, həmçinin Qəzzada davam edən hərbi əməliyyatlar, enerji təhlükəsizliyi və iri dövlətlərin dəniz və dəhliz savaşlarının doğurduğu reallıq, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə və şübhəsiz ki, Cənubi Qafqazda sabit sülhə nail olunması kimi problemlər bu konfransın gündəliyində duran əsas başlıqlar idi. Bütün bu vacib məsələlərin mahiyyətinə baxdıqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu mühüm beynəlxalq tədbirdəki görüşləri və edəcəyi çıxışlar maraqla qarşılanırdı. Konfrans günlərində dövlət başçımızın Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan, Ukrayna Prezidenti Volodimir Zelenski, Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasina, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir və digər iştirakçılarla apardığı görüşlər Azərbaycan Prezidentinin nüfuzuna, şəxsiyyətinə, başçısı olduğu dövlətin qazandığı müsbət imicə verilən qiymətin ifadəsidir.
Üç gün ərzində davam etmiş görüşlərin intensivliyinin çox olmasına baxmayraq qarşı tərəflərin müraciətləri əsasında dövlət başçımızla baş tutmuş təmaslarda müasir dünyanın siyasi və iqtisadi xəritəsində, həmçinin təhlükəsizik arxtekturasının qurulmasında Azərbaycaınnı tutduğu yer dialoq iştirakçıları arasında məmnunluqla qarşılanıb. Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmış dövlət başçımızla söhbətlər zamanı ölkəmizlə iki və çoxtərəfli əməkdaşlıqların zəruriliyi vurğulanıb.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində, həmçinin enerji və o cümlədən yaşıl enerji təminatında ölkəmizin tutduğu yer ABŞ başda olmaqla dünyanın aparıcı dövlətlərinin Azərbaycanla apardığı müzakirələrdə diqqətçəkən məqamlardan idi. Xüsusən, ötən ilin sentyabrında bir günlük lokal xarakterili antiterror əməliyyatından sonra öz suverenlyini tam bərpa etmiş Azərbaycanın qalib Lideri ilə aparılan danışılqlarda bir sıra dövlət başçılarının və beynəlxalq təşkilat rəhbərlərinin əvvəlkindən fərqli olaraq dil üslubunu artıq dəyişməsini bu konfrasda açıqca görmək mümkün idi. Bu, ölkəmizin Cənubi Qafqaz timsalında özünün formalaşdırdığı konfiqurasiyanın dünyaya tanıtması, Azərbaycanın hazırkı dünyada çox nadir rast gəlinən dediyi, etdiyi və düşündüyü eyni olan ölkələrdən biri olması, həmçinin problem yaradan deyil, problemləri həll etməyə yönəlmiş siyasi xətt güdməsi ilə izah olunur. Bununla da Azərbaycan Prezidentinin Münhenə gətirdiyi tezislərin Azərbaycandan daha çox qlobal təhlükəsizlik məqsədilə Almaniyaya üzünü dikmiş dünyaya daha çox lazımlı olduğunu bir daha gördük. Konkret olaraq Cənubi Qafqazdakı dominant mövqeynindən başqa, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və başqa regionlarla geniş əlaqələrə malik olan Azərbaycanın nüfuzu, onun Liderinin imzası və imici bu konfransda ölkəmizə qarşı münasibəti bir daha ortaya qoyurdu.
Budəfəki Münhen konfransında diqqətləri çəkən bir mühüm məqam da bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə əlaqədar dünyanın iri dövlətlərini təmsil edən nümayəndələrin ölkəmizə verdiyi dəstəklə ifadə olunurdu. ABŞ Dövlət katibi ilə görüşdə Prezident cənab İlham Əliyevin ikitərəfli münasibətlərin və qarşılıqlı əməkdaşlığın həmçinin Ermənistanla sülh müqaviləsinin bağlanılmasının ölkəmizin maraqlarına uyğun gəlməsini ifadə etməsini xüsusilə qeyd etmək lazımdır.
Və bu konfransın gedişində ölkəmiz, eləcə də dünya üçün maraqlı olan digər bir mühüm dialoq ev sahibi Olaf Şoltsun təşəbbüsü ilə dövlət başçımızla erməni baş nazir arasındakı görüş idi. Bu mənada, Fransanın, yaxud erməni lobbiçiliyi aparan hər hansı digər dövlətin Azərbaycan-Ermənistan dialoquna vasitəçilik etməsinə gərək qalmadığının, ATƏT-in Minsk qrupu və buna bənzər turfirma tipli təşkilatların fəaliyyətinin dayandırılması zərurətinin prezidentimiz tərəfindən səsləndiyi bu konfrans həm də bizi yaddaş olaraq 2020-i ildəki həmin o məşhur dialoqa və Paşinyanın “Kokeyşn büro”suna qaytardı. Ancaq üzərindən 4 il keçəndən sonra buradakı mənzərəni görməyə dəyərdi. O vaxt üzündəki tipik erməni cizgiləri ilə Tiqranın heç zaman olmamış xəritəsindən basıb-bağlayan erməni baş nazir bu dəfə dərsini bilməyən uşaq kimi boynu bükük görkəmdə cənab Şoltsun sağ qanadına sığınıb susmuşdu.
Geriyə artıq yolun olmadığını bu dəfə hamıdan yaxşı dərk edən erməni liderin özü kimi saqqalı nazirinə Azərbaycanın diqtə etdiyi müvafiq tapşırıqları verməsi bəlkə də bu konfransdan yaddaqalan ən böyük hesablı qələbə idi. Azərbaycanın dipolmatiya qələbəsi!
MİA.AZ
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı