Adilə Mehdiyevanın meyiti çaydan tapılıb - Körpə uşağından isə xəbər yoxdur

img

04-02-2024 [12:17]


Polşada iki aylıq uşağı ilə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti çaydan tapılıb.

Bu barədə Polşanın “Vorslav” nəşri məlumat yayıb. Onun cansız bədəni Oder çayında aşkarlanıb.

Su polisi şöbəsinin əməkdaşları fevralın 3-ü saat 16:00 radələrində Oder çayından qadının meyitini çıxarıblar.

Polis rəsmisi Alexandra Freisin sözlərinə görə, hazırda şəxsiyyətin müəyyənləşdirmə prosesi aparılır. “Meyit tapılan yerdə, Osobovitsidəki hərbi hissənin yaxınlığında, prokurorluğun istintaq qrupu işləyir” deyə polis əlavə edib.

Körpənin taleyi barədə məlumat yoxdur.

Xatırladaq ki, 28 yaşlı Adilə Mehdiyeva ötən ilin dekabrında 17-də iki aylıq körpəsi ilə birgə Vroslavdakı Sikorsky küçəsindəki mənzilini tərk edib. O zamandan bəri ailəsi və dostları onunla əlaqə saxlaya bilməyib.

Bir ildən çoxdur ki, Polşada işləyən Adilə Mehdiyeva polyak dilini pis bilib, ingilis dilində ümumiyyətlə danışa bilməyib. Hazırda onun Azərbaycanda olan ailə ilə daimi əlaqə saxlanılır. Adilinin tapıldığı barədə yaxınlarına məlumat verilib. 2 aylıq körpənin axtarışları davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR