Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-02-2024 [00:14]
Qoç - çoxdan başlanmış layihənin məntiqi sonuclanması, yaxşı nəticələrə can atılması üçün münasib zamandır. Fəal olun, məqsədi yeniləyin. Risk etməyin. Məntiqli davransanız, sədləri dəf edə bilərsiniz.
Günün ikinci yarısında məişət məsələsinin nəzərdən keçirilməsi mübahisəyə səbəb ola bilər. İmpulsiv davranmayın. Belədə fikir ayrılıqları və ixtilaflar qaçılmazdır. Axşam qəfil qonaq olacaq.
Buğa - problemlərin həllində adekvat qərarların verilməsinə ehtiyac duyulur. Qeyri-adi planı reallaşdıraraq uğura nail ola bilərsiniz. Yarımçıq işləri bitirin. Gəlir əldə olunması, borcların qaytarılması istisna deyil.
Günün ikinci yarısında ailə üzvləri ilə təmaslarda qarşı tərəfin istəklərini mütləq şəkildə nəzərə alın. Məişət qayğıları ilə yanaşı, yaxın ətrafınızdakı insanların problemlərini də həll edə bilərsiniz.
Axşam saatlarında sakit ortama, rahat şəraitə ehtiyacınız var.
Əkizlər - orijinal ideyalar ola bilər. Aktiv olun, süst davranmayın. Uzun müddətdən bəri gözlədiyiniz hadisənin yaşanması istisna deyil. İtirilmiş əşyalardan biri tapılacaq. Hadisələrə təsir imkanlarına malik şəxslərdən biri ilə görüşün. İşgüzar tərəfdaşlarla danışıqlar aparın.
Günün ikinci yarısında yaxınlarınızın istəklərini və tələblərini nəzərə alın. Sevdiyiniz insanın hissləri ilə oynamayın, emosiyalarına təsir etməyin. Sizə nə isə lazımdırsa, onu nəyin bahasına olursa-olsun, əldə etməyə çalışmayın. Münasibətlərə yeni nəzər salmaq zamanıdır.
Xərçəng - peşəkar fəaliyyət müstəvisindəki kiçik çətinliklər diqqətinizin dağınıqlığı və səlahiyyətlərinizin öhdəsindən yaxşı gəlməməyinizlə bağlıdır. İşləri həddən artıq darıxdırıcı, rutin saymayın. Bəzi işləri başqalarına həvalə etməyin yollarını aramayın.
Günün ikinci yarısında yaxınlarınz sizi dəstəkləyəcəklər. Qarşılıqlı anlaşmaya nail olmaq üçün səy göstərmək lazımdır. Maddi və mənəfi yardımlara ehtiyacınız var. Axşam saatlarını sakit keçirin. Ağır fiziki işlərə başlamayın.
Şir - uğur əldə etmək istəyirsinizsə, təmkinli və səbrli olun. Hadisələrin axarına süni təsir etmək mümkün deyil. Mənasız və effektiv qərarların fəsadları çox ağır ola bilər.
Yaşananların məğzini anlamaq üçün bir qədər kənara çəkilin, hadisələri soyuqqanlı şəkildə müşahidə edin.
Günün ikinci yarısında informasiyalardan yararlansanız, işləri vaxtında həll edə bilərsiniz.
İnadkarlıq və qətiyyət yaxınlarınızla harmonik münasibətlərə mane olacaq. Şəxsi münasibətlərdə yenilik zamanıdır. Axşam saatları romantik görüş üçün əlverişli deyil. Səs-küylü bəyanatlar verməyin.
Qız - ünsiyyət çevrənizə bir daha nəzər salın. Vədlərinizi unutmayın, öhdəliklərinizi yerinə yetirin. Yaşamın ənənəvi, rutin axarını dəyişməyə cəhd göstərməyin. İntuisiyasınıza güvənin. Hansı tərəfə hərəkət etməyin gərəkdiyini anlayacaqsınız.
Günün ikinci yarısında ailənizdəki durum yetərincə mürəkkəb olacaq. Yol ayrıcındasınız. Dürüst qərar vermək asan deyil. Niyyətinizdə əmin deyilsinizsə, tələsməyin.
Tərəzi - bəzi məsələlər və nüanslarla bağlı fikirlərinizdə dəyişikliklər ola bilər. Mənasını itirmiş prioritetləri unudun, gərəksiz ballastdan qurtulmağın zamanıdır. Yeni durum riskli olsa da, özünüzü daha asudə hiss edəcəksiniz.
Günün ikini yarısında qəfil görüş, səfər, cazibədar təklif ola bilər. Mənasız təkliflərdən, avantürist işlərdən uzaq durun. Ailə üzvlərinin qayğısına qalın.
Əqrəb - xərclərinizə məsuliyyətlə yanaşın. Uzun müddətdən bəri arzuladığınız əşyanı və ya nəsnəni əldə etməyə tələsməyin. Düşünülməmiş qərarlar verməyin. Durumunuzu yenidən dəyərləndirin, situasiyanı təhlil edin.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki proseslərə süni təkan verməyin. Gözlənilən yenilikləri reallaşdırmaq üçün yaxşı imkanlar var. Uzaq səfərə çıxırsınızsa, yaxşı hazırlaşın. Axşam saatlarında əylənə bilərsiniz.
Oxatan - ötənlərdə müəyyən şəraitlərdə yararlandığınız şablonlar artıq aktual deyil. Dəyişikliklər və yeniliklərə ehtiyac duyacaqsınız. Problemlərin həll yollarını bilsəniz də, qəti addım atmağa tərəddüd edirsiniz. Son qərar verməkdən qorxmayın. Günün ikinci yarısında işlərinizdəki uğurlar yeniliyi qəbul etməyə nə dərəcədə hazır olmağınızdan asılıdır. Şəxsi münasibətlərdə situasiya o qədər də adekvat deyil. Yaxınlarınızın bəzi hərəkətləri sizi təəccübləndirəcək. Axşam saatlarına yaxın ailədən uzaq qala bilərsiniz.
Oğlaq - daxili potensialınızı və bacarıqlarınızı tam nümayiş etdirmək üçün aktiv olun. İşgüzar fəaliyyət sahəsində uğur əldə etməyin sirri qətiyyətdə və zəhmətdədir. Yaşayış yerini dəyişmək fikriniz varsa, hazırlaşın. Sənədləşdirmə və ya daşınmaz əmlakla bağlı məsələləri həll etmək olar.
Günün ikinci yarısı alış-veriş üçün pis gün deyil. Alacağınız elektronika və ya məişət texnikasından uzun müddət yararlana biləcəksiniz. Yaxın qohumlar, sevdiyiniz insan və ya ailə üzvləri ilə səmimi ünsiyyətdə olun.
Dolça - adi günlərdən fərqli olaraq hadisələrlə zəngin vaxtdır. Ötənlərdə məruz qaldığınız uğursuzluqları düşünərək bədbinliyə qapılmayın. İncik davranmayın. Adi işlərin öhdəsindən gəlmək, rutin qayğılarla məşğul olmaq üçün nikbinliyə ehtiyacınız var.
Günün ikinci yarısında yaxın qohumlardan və ya dostlardan birinin səhhəti ilə bağlı problem yarana bilər. Axşam saatlarında normal istirahət etmək üçün bir qədər tənha qalın.
Balıqlar - problemlərin həllində yeni, qeyri-adi metodları sınaqdan keçirməyə çalışın. Adi günlərdən fərqli olaraq kreativ insan təsiri bağışlayın. Peşəkar fəaliyyət sahənizlə yanaşı, şəxsi münasibətlərdəki müşküllərdən qurtulmağın alternativ yollarını sınayın.
Günün ikinci yarısında yaşam enerjisinin səviyyəsi yüksək olacaq. Amma bundan bəhrələnməyi bacarın. Sürətli olun, amma xaotik hərəkət etməyin. Avadanlıq və texnika ilə çalışarkən ehtiyatlı davranın. Sükan arxasında diqqəti əldən verməyin.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Beşiktaş" "Atletik Bilbao"ya qalib gəldi
Suriyanın müdafiə nazirindən PKK/YPG-yə xəbərdarlıq: "Özlərini buraxmalıdır, yoxsa..." - "Türkiyə ilə münasibətlər mükəmməl olacaq"
Tramp Putinə xəbərdarlıq edib: "Tezliklə sövdələşmə əldə etməsək..."
“Şamaxı” Emin Zamanovla vidalaşdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Sabah" klubu Elvin Camalovla yollarını ayırıb
İlham Əliyev Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşdə: "Bayden-Blinken administrasiyası dövründə..."
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb
Daha bir bələdiyyə sədrinə cinayət işi açılıb - Tender saxtakarlığı
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə verilən ölüm hökm təsdiqlənib - "Tezliklə hökm icra olunacaq"
Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə ordusu İraqın şimalında terrorçuları zərərsizləşdirib
Oteldəki yanğından yataq üzlüyünü bir-birinə bağlayaraq xilas olan şəxs: "Biz şanslı idik..." - FOTO
Dəhşətli yanğında ailəsini də itirən "Hava yolları"nın işçisi son nəfəsində anasına zəng edib: "Haqqını halal elə"
İsrailin müdafiə nazirindən yeni hücum xəbərdarlığı: "İordan çayının qərb sahili..."
İranda neft zavodunda yanğın olub - Qaz anbarı partlayıb
"Dortmund Borussiya"sı türk məşqçini istefaya göndərdi
Sabahın hava proqnozu açıqlandı
Novruz bayramında əfv olacaq - "Hazırlıqlara başlanılıb"
Onlar Dini Komitənin yanında İctimai Şuraya can atır - SİYAHI
Həbs olunan icra başçıları YAP üzvlüyündə niyə qalıblar? - Açıqlama
Şeyx 600 minlik zirehli maşını 300 minlik BMW ilə əvəzlədi - FOTOLAR
Bakıda güclü yağış yağacaq
İdarə rəisinin müavini yenidən həbs edilib - 21 ay sonra
Pensiyaçıların dəfn pulu 1500 manata qaldırılır
Prezident sabiq futbolçuya 9 milyonluq maşın bağışlayıb
TƏBİB zəhərlənə tələbələr haqda açıqlama yaydı
İmişlidə qəzada xəsarət alan məktəblilərdən biri Bakıda klinikada vəfat edib - Açıqlama
Bloger-jurnalist adı altında pul tələb edən şəxs saxlanılıb
49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb
Bələdiyyə seçkiləri: bülletenlər DSK-lara paylanır
"Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb - FOTO
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi
DİN saxta mesajlarla bağlı əhaliyə müraciət edib: "Ehtiyatlı olun!"
Çempionlar Liqası: hansı komandalar qalib gəldi?
Türkiyənin 43 şəhərində eyni anda əməliyyat: 240 terrorçu saxlanılıb