18-06-2014 [14:40]
Tibb işçilərinin peşə bayramı Gəncə şəhərində yüksək səviyyədə qeyd olunub və təntənəli yığıncaq keçirilib. Bu əlamətdar gün münasibətlə keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, İcra Hakimiyyətinin məsul işçiləri, səhiyyə müsəssisələrinin rəhbərləri və işçi kollektivləri, ictimaiyyət fəalları iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətindən Mia.az-a daxil olan məlumata görə, tədbir
iştirakçıları öncə şəhərin Mərkəzi meydanında ulu öndər Heydər Əliyevin əziz
xatirəsinə sonsuz sevgi və ehtiramın ifadəsi olaraq onun abidəsi önünə
gül-çiçək dəstələri qoyublar.
Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında davam edib.
Təntənəli yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar
Vəliyev çıxış edərək şəhər səhiyyəsinin inkişafına, əhalinin sağlamlığının
qorunmasına, tibb işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına
göstərdiyi hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirməklə, şəhərin bütün
səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, bu
bayramı səhiyyə işçilərinə ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə imzaladığı
sərəncamla bəxş edib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Demokratik
Respublikasında Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf etdiyinə görə, bu
gün peşə bayramı kimi qeyd olunur. Ulu Öndərin layiqli varisi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
uğurla həyata keçirilən səhiyyə islahatları infrastrukturun yeniləşdirilməsinə,
tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə və səhiyyənin inkişafına xidmət
edir. Bu gün Gəncədə müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən
əsaslı şəkildə təmir edilərək müasir avadanlıqlarla təchiz edilir, bu sahənin
maddi-texniki bazasının , kadr potensialının gücləndirilməsi, infrastrukturun
yeniləşdirilməsi, səhiyyə işçilərinin problemlərinin həlli diqqət mərkəzində
saxlanılır.
Şəhər Səhiyyə İdarəsinin rəisi, Azərbaycan Respublikasının əməkdar həkimi
Mehman Rzayev Gəncə səhiyyəsinin inkişaf tarixindən, son illər həyata keçirilən
möhtəşəm tədbirlərdən və bu istiqamətdə görülən işlərin uğurla davam
etdiriləcəyindən danışıb.
AMEA-nın Gəncə Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Fuad
Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, tibb işçilərindən
Aynur Ağabəyli, Raya Məmmədova, Xalidə Sadıqova və başqaları çıxış edərək ölkə
rəhbərliyi tərəfindən səhiyyə işçilərinə göstərilən diqqət və qayğını yüksək
dəyərləndirdiklərini, Gəncədə aparılan möhtəşəm abadlıq-quruculuq işlərinin
fövqündə əhalinin sağlamlığının da prioritet məsələ olaraq diqqət mərkəzində
saxlanıldığını, bu sahədə öhdələrinə düşən hər bir işi fədakarlıq və
məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.
Səhiyyə işçiləri şəhərin ictimai-siyasi həyatında yaxından iştirak
edərək kütləvilik və böyük coşqu nümayiş etdirirlər. Onların əksəriyyəti YAP
Gəncə şəhər Təşkilatının fəallarıdır. Tədbirdə partiya sıralarına yeni qəbul
olunanlardan bir qrupuna üzvlük vəsiqələri təqdim
edilib.
Sonda şəhərin qabaqcıl səhiyyə işçilərinə İcra Hakimiyyətinin Fəxri Fərmanları
və qiymətli hədiyyələri təqdim olunub.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi