"O biri dünyada yaxandan orden, medal asmayacaqlar" - "Arvad gecə saat 3-4-də evə gələr?"

img

30-01-2024 [11:43]


“Bizim ailəmiz musiqiçilərdən ibarət olub. 55 ildən çoxdur ki, qarmonda ifa edirəm. Biz musiqiçilər bundan çörək qazanırıq. Sənətimdən bezməmişəm, amma bizim də canımız candır da, insan çox vaxt yorulur. Taxtanı vurursan taxta qırılır, dəmiri vurursan dəmir əyilir. Qarmon vəfalı dostumdur. O qədər dönük, əhdinə vəfasızları görmüşəm ki, təkcə qarmon mənə dönük çıxmayıb”.

Mia.az xəbər verir ki, bunu “Moderator”a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.

“Hər gülün öz ətri var, mən özümə bu sənətdə rəqib görmürəm. Öz sözümü demişəm, bəsimdir. Bundan sonra nə etməliyəm?! Bəzən deyirlər ki, “mən Xalq artistiyəm”, “mən Əməkdar artistəm”. Sən həyatda adi adamsan, səhnədə Xalq artistisən. Ona görə də özünü insan kimi apar. O biri dünyada yaxandan orden, medal asmayacaqlar buna görə”, - deyə Gövhər Rzayeva əlavə edib.

Gövhər Rzayeva paxıllıq edən insanlardan uzaq gəzdiyini bildirib: “Bəzən deyirlər ki, yaşa dolsanız da, gözəl və baxımlı qalmısınız. İnsanın gərək qəlbi gözəl, təmiz olsun. Mən paxıllıq, qeybət və dedi-qodu bilmirəm. Etdiklərin onsuz da bir gün sənə qarşı çevrilir. Ona görə də insanlarla məsafə saxlayıram ki, hörmətlə qarşılanım. Məsafə gözəl şeydir”.

Qarmon ifaçısından bir müddət əvvəl müğənnilik fəaliyyətinə başlayan qızını da xəbər aldıq: “Bu ağır sənətdir. İncəsənətdən hər adam baş çıxara bilməz. Burada köpəkbalıqları var. Gərək səbirli, hövsələli olasan. O, səbirli insan deyil. İstəmirəm də abır-həya getsin. Bu sənət onluq deyil. Bizim sənətdə çox adamlar var ki, övladlarını bu sahəyə qoymurlar. Arvad da gedib gecə saat 3-4-də evə gələr? Arvad oturub xanımlıq edər. Allah mənə imkan və güc versin, onun üçün başqa bir iş edərəm. Müğənnilik onluq deyil. Evinin xanımı olsun. Mən onu görməmişəm, heç olmasa, o görsün”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq