Şirvanda dəhşət: iki nəfər dəm qazından boğulub

img

27-01-2024 [11:53]


Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində iki nəfər dəm qazından boğulub.

Mia.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Çingiz Əsədov yaşadığı fərdi evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Digər hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olmuş, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızdırıcıdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR