Prezident seçkilərini izləmək üçün 23 xarici media qurumu müraciət edib

img

26-01-2024 [16:57]


Prezident seçkilərini izləmək üçün 23 xarici media qurumu müraciət edib.

Mia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, indiyədək Yaponiya, Türkiyə, Almaniya, İtaliya , Rusiya və bir sıra ölkələrdən 23 media qurumunun 61 əməkdaşı növbədənkənar prezident seçkilərini izləmək üçün müraciət edib.

M.Pənahov vurğulayıb ki, növbədənkənar prezident seçkilərinə xarici KİV-lərin marağı yüksək səviyyədədir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR