Bakının bu məktəbində tükürpədici hadisə: iyrənc hadisəni ört-basdır etmək mümkün olmadı… - Agentlikdən iddialara reaksiya (YENİLƏNİB)
24-01-2024 [17:35]
Tribunainfo.az saytına müraciət edən Bakı şəhər sakini Əliyeva Nuridə Adnan qızı (ad,soyad şərtidi) bildirib ki, şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S. Əliyev(ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə təhrik edilib.
Şikayətçinin sözlərinə görə, “Yanvar ayının 9-da övladım S. Əliyev ürək bulantısı, qusma və digər qəribə hərəkətləri ilə diqqətimizi çəkdi. Tualetə saatlarla getmək istəmir, aqressivdi, özünü ora bura çırpır. Uşaqla sakit söhbət etməyə başladım, sənə nə olub, sən niyə neçə vaxtdı bu durumdasan, səni kimi qorxudub? – deyə soruşdum.
Demək, hadisə tualetdə baş verdiyinə görə uşağın da qorxusu məhz tualetdən olub. Biz valideyinlər sabahı 6 nömrəli məktəbə yollandıq və orada azyaşlılara baxan tədris hissəsinin müdiri ilə görüşdük. Belə qərara gəldik ki, sinifləri gəzək, bu hərəkəti edən uşaqları müəyyənləşdirək. 2-3 mərtəbə gəzəndən sonra həmin 4 nəfəri zərərçəkən uşaq tanıdı. Sinifə girən kimi həmin uşaqları tanıdı ( o kadrlar bizdə var).
Uşaq göstərdi ki, “bu uşaqların biri əllərimi tuturdu, digəri seksual hərkətlər edirdi və başqa birisi də telefonla çəkirdi”. Təxminən 1 ay öncə də uşağın bədənində çoxlu sayda göyərtilər var idi. O vaxt uşaqdan soruşanda deyirdi ora-bura vurmuşam. Sən demə uşağı qorxudublar ki, “bu hadisəni kiməsə desən məktəbdə bu videonu yayacağıq. Mən bloqerəm, izləyicim çoxdur”.
Uşaq da qorxusundan bunu bizdən gizlədibmiş.
Daha sonra məktəbin psixoloqu bu uşaqları danışdırdı və uşaqlar boynuna aldılar ki, “biz bu hərəkəti etmişik”. Sonra həmin uşaqlardan telefonu istədilər onlar isə vermədi, dedilər ki, parolunu bilmirəm və siz mənim telefonuma baxa bilməzsiniz”.
“Bu hadisəni məktəbin direktoru Gülşən xanıma çatdırıblar. Gülşən xanım da sabahı yenə hamını danışdırdı və məktəb Səbail rayon 9- cu polis bölməsinin əməkdaşlarına məlumat verdi. Emin adlı polis inspektoru ilk öncə mənim uşağımı danışdırdı, daha sonra həmin o 4 nəfər, 7- ci sinif şagirdlərini danışdırdı. Və orada aydınlaşdı ki, bu hadisə dəfələrlə təkrarlanıb. Daha sonra məni Polis orqanlarının yüksək rütbəliləri qəbul etdi və bu hadisəni olduğu kimi danışdıq. Uşağın hazırki durumunu da orada izah etdim.
Biz daha sonra uşağın durumunu müəyyənləşdirmək üçün övladımı Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə aprdıq. Orada da həkimlər uşağın vəziyyətinin bərbad olduğunu dedilər və bununla bağlı arayış verdilər”.
Daha sonra saytımıza danışan valideyn bildirib ki, mən 7 ildən sonra 1 uşaq dünyaya gətirdim: “Ailəlikcə hamımız bu uşağın üstündə əsirdik ki, uşağı sağ – salamat böyüdək. İndi düşdüyümüz vəziyyətə baxın. Uşaq qəti şəkildə məktəbə getmək istəmir. Sağlamlıqla bağlı isə danışmağa dəyməz.
Daha sonra valideyn onu da qeyd etdi ki, hadisə ilə bağlı bütün aidiyyatı qurumlara və ölkə rəhbərliyinə müraciət edib ki, həmin o 4 şagird o məktəbdən uzaqlaşdırılsın. Düzdü, məktəbin direktoru Gülşən xanım hadisəni biləndən sonra bizə söz vermişdi ki, həmin uşaqları məktəbdən uzaqlaşdıracaq, amma nədənsə bu günə qədər heç bir tədbir görülmür”.
Qeyd edək ki, ötən il də bu məktəbdə şagirdin bıçaqlanma hadisəsi və buna bənzər bəzi hadisələr baş vermişdi.
Mövzu diqqətimizdədir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
***
"Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılıb".
Mia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb:
"Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə siniflə, rayon polis idarəsinin əməkdaşları isə valideynlərin iştirakı ilə hər bir şagirdlə ayrılıqda söhbət aparıb.
Bir daha qeyd edirik ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb".
***
6 nömrəli məktəb-liseydə II sinif şagirdinin bir neçə VII sinif şagirdi tərəfindən cinsi istismara məruz qaldığı iddia edilən hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva məlumat verib.
O bildirib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib".
O, əlavə edib ki, Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib: "Məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb".
Müğənni Qumral reklam qiymətini açıqladı - 50 min + VİDEO
İlham Əliyev Ərdoğana zəng edib
İqtisad Universiteti Osman Gündüzə 6 min manat verəcək - Məqsəd
Nazir polkovniki vəzifədən azad edib
"Qalatasaray" hücumçuya yekun qiymət qoydu - 40 milyon avro!
Polis əməliyyatı: 36 kq narkotik vasitə aşkarlanıb
Dəmiryol Vağzalında işçini "tok" vurub
"Xumar Qədimova klipimi "yutub"dan sildirdi"
İrandan Azərbaycana 80 kq narkotik keçirmək istəyiblər
Keçmiş DİN başçısı Türkiyənin vitse-prezidenti postuna gətirilir - Fatih Portakal dəqiq tarix verdi, elə şeylər açdı ki...
DOST Mərkəzinin 962 396 manatlıq tenderi ləğv olunub
Azərbaycan neftinin qiyməti açıqlandı
General və bacanağı ilə bağlı məhkəmə işi - 391 minlik ev qalmaqalı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Beşiktaş" "Atletik Bilbao"ya qalib gəldi
Suriyanın müdafiə nazirindən PKK/YPG-yə xəbərdarlıq: "Özlərini buraxmalıdır, yoxsa..." - "Türkiyə ilə münasibətlər mükəmməl olacaq"
Tramp Putinə xəbərdarlıq edib: "Tezliklə sövdələşmə əldə etməsək..."
“Şamaxı” Emin Zamanovla vidalaşdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Sabah" klubu Elvin Camalovla yollarını ayırıb
İlham Əliyev Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşdə: "Bayden-Blinken administrasiyası dövründə..."
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb
Daha bir bələdiyyə sədrinə cinayət işi açılıb - Tender saxtakarlığı
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə verilən ölüm hökm təsdiqlənib - "Tezliklə hökm icra olunacaq"
Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə ordusu İraqın şimalında terrorçuları zərərsizləşdirib
Oteldəki yanğından yataq üzlüyünü bir-birinə bağlayaraq xilas olan şəxs: "Biz şanslı idik..." - FOTO
Dəhşətli yanğında ailəsini də itirən "Hava yolları"nın işçisi son nəfəsində anasına zəng edib: "Haqqını halal elə"
İsrailin müdafiə nazirindən yeni hücum xəbərdarlığı: "İordan çayının qərb sahili..."
İranda neft zavodunda yanğın olub - Qaz anbarı partlayıb
"Dortmund Borussiya"sı türk məşqçini istefaya göndərdi