Allahşükür Paşazadənin bacısının əri vəfat edib - General Şərif Əsədullayev kim olub?

img

17-01-2024 [09:58]


Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşı, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev vəfat edib.

Mia.az xəbər verir ki, o, bu gün Bakıda "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki,  polis general-mayoru Şərif Kamil oğlu Əsədullayev 1955-ci ildə anadan olub.

1984-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi, 2001-ci ildən isə baş idarələrin rəis müavini vəzifələrində çalışıb.

2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Ş.Əsədullayev Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR