Jurnalist Səbuhi Məmmədli Ucarda dəfn olunub - FOTOLAR (Yenilənib)
17-01-2024 [14:39]
Ötən gecə vəfat edən tanınmış jurnalist Səbuhi Məmmədli Ucar rayonunun Müsüslü kəndində dəfn olunub.
Mia.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, jurnalistlər iştirak ediblər.
Allah rəhmət eləsin!
***
Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən jurnalist Səbuhi Məmmədlinin nəşi Ucar rayonuna aparılıb.
Mia.az xəbər verir ki, o, bu gün Ucar rayonunun Müsüslü kəndində dəfn ediləcək.
Qeyd edək ki, 54 yaşlı jurnalist şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
***
Azərbaycan mediasına ağır itki üz verib.
Mia.az xəbər verir ki, bu barədə onun çalışdığı Lent.az saytı məlumat yayıb.
Səbuhi Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün, 54 yaşında dünyasını dəyişib.
Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.
2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlandı.
Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi.
Azərbaycan Prezident Administrasiyası, MEDİA Agentliyi, Mətbuat Şurası və TƏBİB daim Səbuhi Məmmədlinin durumu ilə maraqlanıb və lazımi tədbirlər görüb. Xəstəlikdən əziyyət çəkdiyi dövr ərzində Səbuhi Məmmədli "APA Media Group" tərəfindən diqqətdə saxlanılıb.
Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Daha sonra isə o, Yeni Klinikaya köçürülüb. Həkimlərin səyinə baxmayaraq süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
Səbuhi Məmmədli bu gün doğulduğu Ucar rayonunun Müsüslü kəndində dəfn ediləcək.
Reyting.az saytının kollektivi bu acı xəbərə kədərini ifadə edir, Səbuhi Məmmədlinin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetləri və digər KİV-lərlə əməkdaşlıq edib.
Səbuhi Məmmədli 10 ildən çoxdur Lent.az saytında çalışıb.
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb