GÖMRÜKDƏ İKİ MƏŞHUR RƏİSƏ VƏZİFƏ VERİLDİ - Təyinatlar

img

16-01-2024 [13:14]


Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmri ilə qurumun iki Baş İdarəsinə yeni təyinatlar olub.

Mia.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Bildirilib ki, müvafiq əmrlə Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, general  Güloğlan Muradlı komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə rəis təyin olunub.

Məlumat üçün qeyd edək ki, o, ötən ilin may ayında təqaüdə göndərilmişdi. Az sonra isə Şahin Bağırov hansısa səbəbdən geri qaytardı...

Digər əmrlə DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyev isə vəzifəsindən azad edilərək Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin olunub.

Onu da qeyd edək ki, Orxan Nuriyev Ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğlu, Baş prokuror Kamran Əliyevin isə kürəkənidir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR