İcra Hakimiyyətindən Alabaşlı qəsəbəsinin "sahibsiz qalan yol problemi"nə reaksiya: "Qısa zamanda öz həllini tapacaq"
16-01-2024 [09:09]
Samux rayon İcra Hakimiyyəti dünən Mia.az saytında yayımlanan "Samuxun Alabaşlı qəsəbəsinin 54 il əvvəl asfaltlanan yolu... - Sakinlər icra başçısı, Agentlik sədri və bələdiyyə arasında get-gələ salınır (FOTOLAR)" başlıqlı yazıya cavab göndərib.
İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr həyata keçirilir: "Son illərdə ölkədə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilmişdir.
Görülmüş tədbirlər nəticəsində regionlarda kənd və qəsəbələri birləşdirən yolların, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsində yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və bu istiqamətdə işlər hazırda da davam etdirilir.
Samux rayonunun daxili yollarına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “30 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xidmət göstərilir. Lakin rayonun Qarayeri qəsəbəsi ilə Alabaşlı qəsəbəsini birləşdirən uzunluğu 7 km olan avtomobil yolunun (Koordinatları: Qarayeri qəsəbəsi 40°47'9.65"K, 46°19'42.43"D; Alabaşlı qəsəbəsi 40°47'3.64"K, 46°15'14.27"D) uzun illər heç bir dövlət qurumunun balansında olmaması səbəbindən təmir-bərpası həyata keçirilmir. Sözügedən yoldan ümumilikdə 15 mindən artıq olmaqla Gəncə şəhər, Samux və Şəmkir rayonlarının sakinləri gündəlik istifadə edir.
Qeyd edilən avtomobil yolunun aidiyyəti dövlət qurumları tərəfdən balansa götürülməsi üçün köməklik göstərilməsi üçün müraicət olunub və qısa bir zamanda öz həllini tapacaqdır".
Xatırladaq ki, Alabaşlı qəsəbə sakinləri Mia.az-a müraciətində Gəncə-Samux-Qarayeri -Alabaşlı qsəəbəsinin yolunun bərbad vəziyyətdə olmasından şikayətləniblər.
Məktub vasitəsi ilə ölkə rəhbərliyinə və müvafiq qurumlara üz tutan sakinlər bölgə əhəmiyyətli yolun bərbadlığına diqqəti çəkərək, sovet dövründən bu yana həmin yolun asfaltlanmadığından narazılıq edirlər: "Mövzuya keçməzdən əvvəl qeyd edək ki, Alabaşlı qəsəbəsi Samux rayonunun tabeliyində olsa da, anklav sayılır. Yəni, bizim qəsəbənin Samuxla "quru əlaqəsi" - sərhədi yoxdur. Qəsəbəmiz Göygöllə Şəmkirin sərhədləri arasında yerləşir. Yəni, bu rayonların inzibati ərazisindən keçməklə qeyd etdiyimiz yolla bizim qəsəbəyə gəlinir. Bizim qəsəbədən sonra Şəmkirin kəndləri başlayır. Sözümüzün canı budur ki, bu anklav qəsəbəmizin yolu son dəfə ötən əsrin 70-ci illərində asfaltlanıb. O vaxtdan yollar elə bərbad günə düşüb ki, inanın, qış aylarında keçilməz olur".
Sakinlər yazır ki, bu problemlə bağlı illərdir şikayət etmədikləri orqan qalmayıb: "Qəsəbəmizin ağsaqqalları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla Gəncədə vətəndaşları qəbul edərkən görüşblər. Ancaq bunun da xeyri olmadı. Bizə hər il deyirlər ki, qəsəbəyə gələn yol növbəti ilin büdcə planına daxil olacaq. Ancaq uzana-uzana gedir, bizi kobud desək, elə yola verirlər.
Dediyimiz kimi, Saleh Məmmədov da bizi yola verdi. İcra başçısına deyirik, deyir bizim balansımızda deyil, Agentlik eləməlidir. Agentlik gah deyir yol İcra Hakimiyyətinin, gah da deyir bələdiyyənin balansındadır. Bələdiyyə də deyir kənddaxili yollar bizim balansdadır, bu yol magisrtal təyinatlı olduğundan biz baxmırıq. Diqqətçəkən acı hallardan biri də odur ki, bu torpaq yoldan əgər balaca bir boru xətt keçirmək istəsən, dərhal Agentlik əməkdaşları tökülür, deyirlər bizim balansdadır. Və həmin adamı böyük məbləğdə cərimələyirlər. Bir sözlə, əlaqədar qurumlar bizim qəsəbə yolunda bir-birləri ilə "futbol topu" kimi oynayırlar. Ancaq heç biri açıq demir ki, bu yol nə vaxt bərpa olunacaq, nə vaxt asfaltlanacaq. Bu qədər ötür-ötür oyunu olarmı?".
Samir MUSAYEV
MİA.AZ
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə