Prokurorluğun gənc işçiləri and içiblər - FOTOLAR (Yenilənib)
15-01-2024 [18:42]
Yanvarın 15-də Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Mia.az xəbər verir ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanını ziyarət edən gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini anıblar.
Andiçmə mərasimindən əvvəl Ümummilli Liderin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyulub, Ulu Öndərin unudulmaz xatirəsini ehtiramla yad edilib.
Mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev ötən ilin ölkədə “Heydər Əliyev İli” elan olunmasının, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü iliyinin yüksək tarixi əhəmiyyətə malik olduğunu, bununla yanaşı, Ulu Öndərin irsini öyrənməyin, təbliğ etməyin və ondan faydalanaraq gələcək nəsillərə çatdırmağın dövlətimizin qarşısında duran vacib məsələlərdən biri olmaqla, yalnız “Heydər Əliyev İli” çərçivəsində deyil, bütün dövrlərdə mühüm əhəmiyyət kəsb etdiyini deyib. “Heydər Əliyev İli” çərçivəsində digər dövlət qurumları kimi prokurorluq orqanları tərəfindən də, dahi liderin mənalı həyatı və Azərbaycanın parlaq gələcəyinə yönəlmiş mükəmməl, çoxşaxəli fəaliyyətindən bəhs edən silsilə təbirlərin, o cümlədən müxtəlif konfrans, dəyirmi masa, görüş, açıq qapı tədbirlərinin və sair təşkil olunduğunu, film çəkildiyini və nəşrlər çap edildiyini bildirib.
Qeyd olunub ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf strategiyasına uyğun olaraq respublikamızda həyata keçirilən genişmiqyaslı və gələcəyə hesablanmış məqsədyönlü tədbirlər müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlayıb.
Baş prokuror bildirib ki, Ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-ci ildən başlayaraq müsabiqələr yolu ilə qulluğa qəbul keçirilir.
Qeyd olunub ki, həmin Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 2023-cü il aprelin 11-də Baş Prokurorluq tərəfindən elan edilmiş 25-ci müsabiqənin nəticələri üzrə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 52 gənc hüquqşünas qulluğa qəbul edilib.
Xüsusi qeyd edilib ki, qulluğa qəbul olmuş gənclərdən 3-ü Vətən müharibəsinin iştirakçısı olmaqla prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirəcəklər. Eyni zamanda, qeyd edilib ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra prokurorluq orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş 4 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 21 Vətən müharibəsi iştirakçısı qulluğa qəbul olunub. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə elan edilmiş müsabiqədə uğur qazanıb.
Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara Baş prokuror Kamran Əliyev tərəfindən xidməti vəsiqələr təqdim olunub.
Çıxış edən ADA universitetinin rektoru, professor Hafiz Paşayev işə qəbul olunan gənc əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, prokurorluq orqanlarının dövlət müstəqilliyimizin, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində xüsusi yerə malik olduğunu bildirib.
Vurğulanıb ki, ADA Universiteti və Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında imzalanmış birgə əməkdaşlıq haqqında memorandumun icrası uğurla davam etdirilir.
Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Aytac Əkbərova, Murad İsgəndərov və Vətən müharibəsinin iştirakçısı Orxan Məmmədov çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə öz minnətdarlıqlarını bildirib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.
Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarına uğurlar arzulayıb, onların prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əminliyini ifadə edib.
***
Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilir.
Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, tədbirdə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri, prokurorluq əməkdaşları ilə yanaşı, fəxri qonaq qismində ADA Universitetinin rektoru, professor Hafiz Paşayev iştirak edir.
UEFA Avropa Liqası: "Fənərbağça" şansını son oyuna saxlayıb
Osimhen İstanbulda rüşvət təklifini rədd edən jurnalistləri döydü: "Görüntünü sil, yoxsa sizi məhv edərəm" - FOTO
İsrailli radikallar fələstinli fermerin zeytun ağaclarını kəsiblər
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hərbçimiz atəş nəticəsində ölüb - Hərbi Prokurorluq açıqlama yaydı
Avropa Liqası: "Qarabağ"ın növbəti mərhələyə çıxma şansı qalmadı
Rusiya XİN sözçüsü: "Tramp Baydenin səhvlərini düzəltməlidir"
İstefa verən nazirin yerinə təyinatı olub
TRAMPIN RUSİYA VƏ ÇİN PLANI: iki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir
Tramp Davos Forumunda: "Biz neftin qiymətini düşürəcəyik və..."
Avropa Liqası: “Qarabağ” - FCSB oyunun start heyətləri açıqlanıb
RƏSMİ MOSKVADAN TRAMPA AÇIQ MESAJ: "Yalnız bərabər şərtlərlə dialoqa hazırıq" - "Rusiya qarşı addımları cavabsız buraxmayacağıq"
Tibb Universiteti və klinikasının vergi borcları var
Biləsuvarda milyonlar hesabına başa gələn beton kanaldakı "körpü" götürüldü - Rəsmi reaksiya + VİDEO (YENİLƏNİB)
Pakistanın baş naziri Ərdoğana başsağlığı verib
Qəzzada dağıntılar altından 120 cəsəd çıxarılıb - Son 24 saatda
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İordan çayının qərb sahilində gərginlik: daha 27 nəfər tutulub
Eldəniz Mehrəliyev və Elnur Məmmədov saxlanılıb
Bu gün Bakı metropolitenində iş vaxtı uzadılacaq
Korrupsiya haqqında qanun dəyişir - DETALLAR (YENİLƏNİB)
“Hərbi qulluqçuların statusu haqqında” və ilkin hərbçi çağırışla bağl qanunlar dəyişir - Nələr olacaq? (YENİLƏNİB)
İsrailin Cen şəhərinə hücumu davam edir - İki nəfər güllələnib
Teleaparıcı Vüsalə bahalı evindən görüntü yayıb - VİDEO
GENERALA YENİ VƏZİFƏ VERİLDİ - MN-də dəyişiklik
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək - Şərtlər
Zahid Oruc: ”İsmayıllı-Nardaran-Gəncə-Söyüdlü” və sair protest enerjisini toplamaq üçün...”
Polkovnik Şahin Orucov vəzifədən çıxarıldı
Trampın ilk səfər edəcəyi ölkə bəlli olub - Səudiyyə vəliəhədinin zəngi vəziyyəti dəyişib
Əli Əsədov Samir Şərifovu Şura sədri təyin etdi
Türkiyə MN: “Qəzzadakı atəşkəsin daimi olmasına ümid edirk"
Türkiyəli general: “Suriya torpaqları azad edilərək əsl sahiblərinə verilməli və..."
MN: "Son bir həftədə 69 terrorçu zərərsizləşdirilib"
İki özəl ali təhsil müəssisəsi akkreditasiyadan keçib
Bakıda tarixi abidəyə müdaxilə olunub - FOTOLAR
Ağadadaş Ağayevin məhkəməsində şahidlər ifadə verib
Sabahın hava proqnozu açıqlandı
Leyla Əliyevadan bacısı ilə bağlı - Paylaşım
Müğənni Qumral reklam qiymətini açıqladı - 50 min + VİDEO
İlham Əliyev Ərdoğana zəng edib
İqtisad Universiteti Osman Gündüzə 6 min manat verəcək - Məqsəd
Nazir polkovniki vəzifədən azad edib
"Qalatasaray" hücumçuya yekun qiymət qoydu - 40 milyon avro!