AFFA-dan Rövnəq Abdullayevin səhhəti barədə açıqlama: “Heç bir ciddi problem yoxdur, sadəcə..."

img

15-01-2024 [10:53]


Bir neçə gün əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşdiyi ilə bağlı məlumat yayılıb.

Məhz buna görə AFFA-nın İcraiyyə Komitəsinin 11 yanvar tarixində Gəncədə keçirilməsi planlaşdırılan iclası və Gəncədə futbol akademiyasının açılışı ləğv olunmuşdu.

Mia.az xəbər verir ki, Modern.az Rövnəq Abdullayevin səhhətini aydınlaşdırmaq üçün AFFA ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Elnur Məmmədli hazırda Rövnəq Abdullayevin vəziyyətinin yaxşı olduğunu söyləyib:

“Heç bir ciddi problem yoxdur. Sadəcə soyuqdəymə, qrip idi. Hazırda Rövnəq Abdullayevin vəziyyəti yaxşıdır. Heç bir problem yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR