Türkiyədə sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən 18 nəfər tutulub - Nazir açıqladı

img

15-01-2024 [10:06]


"İndiyədək sosial mediada “Pəncə-Kilid” əməliyyatı bölgəsində şəhid olan əsgərlərimizlə bağlı təxribat məqsədi daşıyan, separatçı terror təşkilatını tərifləyən, təbliğat aparan və ya ictimaiyyəti çaşdıran məlumatlar yayan 170 hesab müəyyən edilib".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

Onun sözlərinə görə, pnlardan ölkədə olan 18 nəfəri tutulub: "Xaricdə olan 133 nəfər barəsində isə cinayət işi açılıb, istintaq davam edir. 19 şübhəli şəxslər bağlı təhqiqat aparılır".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR