Samuxun Alabaşlı qəsəbəsinin 54 il əvvəl asfaltlanan yolu... - Sakinlər icra başçısı, Agentlik sədri və bələdiyyə arasında get-gələ salınır (FOTOLAR) 

img

15-01-2024 [09:17]


Samux rayonunun Alabaşlı qəsəbəsinin sakinləri Gəncə - Samux - Qarayeri - Alabaşlı qəsəbəsinin yolunun bərbad vəziyyətdə olmasından şikayətlənirlər.

Bu barədə kənd sakinləri MİA.AZ-A məktub göndərib.

Məktub vasitəsi ilə ölkə rəhbərliyinə və müvafiq qurumlara üz tutan sakinlər bölgə əhəmiyyətli yolun bərbadlığına diqqəti çəkərək, sovet dövründən bu yana həmin yolun asfaltlanmadığından narazılıq edirlər: "Mövzuya keçməzdən əvvəl qeyd edək ki, Alabaşlı qəsəbəsi Samux rayonunun tabeliyində olsa da, anklav sayılır. Yəni, bizim qəsəbənin Samuxla "quru əlaqəsi" - sərhədi yoxdur. Qəsəbəmiz Göygöllə Şəmkirin sərhədləri arasında yerləşir. Yəni, bu rayonların inzibati ərazisindən keçməklə qeyd etdiyimiz yolla bizim qəsəbəyə gəlinir. Bizim qəsəbədən sonra Şəmkirin kəndləri başlayır. Sözümüzün canı budur ki, bu anklav qəsəbəmizin yolu son dəfə ötən əsrin 70-ci illərində asfaltlanıb. O vaxtdan yollar elə bərbad günə düşüb ki, inanın, qış aylarında keçilməz olur".

Sakinlər yazır ki, bu problemlə bağlı illərdir şikayət etmədikləri orqan qalmayıb: "Qəsəbəmizin ağsaqqalları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla Gəncədə vətəndaşları qəbul edərkən görüşblər. Ancaq bunun da xeyri olmadı. Bizə hər il deyirlər ki, qəsəbəyə gələn yol növbəti ilin büdcə planına daxil olacaq. Ancaq uzana-uzana gedir, bizi kobud desək, elə yola verirlər.

Dediyimiz kimi, Saleh Məmmədov da bizi yola verdi. İcra başçısına deyirik, deyir bizim balansımızda deyil, Agentlik eləməlidir. Agentlik gah deyir yol İcra Hakimiyyətinin, gah da deyir bələdiyyənin balansındadır. Bələdiyyə də deyir kənddaxili yollar bizim balansdadır, bu yol magisrtal təyinatlı olduğundan biz baxmırıq. Diqqətçəkən acı hallardan biri də odur ki, bu torpaq yoldan əgər balaca bir boru xətt keçirmək istəsən, dərhal Agentlik əməkdaşları tökülür, deyirlər bizim balansdadır. Və həmin adamı böyük məbləğdə cərimələyirlər. Bir sözlə, əlaqədar qurumlar bizim qəsəbə yolunda bir-birləri ilə "futbol topu" kimi oynayırlar. Ancaq heç biri açıq demir ki, bu yol nə vaxt bərpa olunacaq, nə vaxt asfaltlanacaq. Bu qədər ötür-ötür oyunu olarmı?".

Sakinlərin sözlərinə görə, illərdir bu problem üzündən çox əziyyətlər çəkirlər: "Ölkə rəhbərliyindən xahiş edirik, qeyd etdiyimiz problemin həlii üçün  müvafiq qurumlara tapşırıq verilsin".

Samir MUSAYEV

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR