Hirkan Milli Parkında yanğın olub

img

09-01-2024 [22:52]


Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 ha və Hirkan Milli Parkının ərazisində 0,2 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər: "Ətraf ərazilər yanğından mühafizə olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR