"Ege Hospital" məhkəməyə verildi - Təzminat tələbi var

img

09-01-2024 [17:12]


"Ege Hospital" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.

Məlumata görə, klinika barəsində məhkəməyə Abbasov Əbülfət Əsgər oğlu müraciət edib.

Məhkəmədə xəstəxana rəhbərliyi ilə yanaşı, orada çalışan zob həkimi dr. Əliyev Fuad Yusif oğlu, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev də cavabdeh qismində iştirak edəcək.

Əbülfət Abbasov həkimlər barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi və mənəvi ziyanın ödənilməsi" iddiasını qaldırıb.

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq(Qaynarinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR