Nizami rayonunda dövlət əmlakı necə satılıb? - İcra Hakimiyyətinin qanunsuzluğu (FOTOLAR)

img

14-06-2014 [15:37]


Nizami rayonu Keşlə qəsəbəsində yaşayan bir qrup sakin tərəfindən şikayət məktubu daxil olub. Sakinlərin narazılığı məşhur «Avromed» firmasının mərkəzi ofisinin yerləşdiyi ətrafda baş verən qanunsuz torpaq satışı ilə bağlıdır. Şikayətdə yazılır: «Vəziyyət o həddə gəlib çatıb ki,  satmağa torpaq tapa bilməyən Keşlə qəsəbəsinin icra nümayəndəliyi indi də yüksək gərginlikli xətlərin keçdiyi tranformatorların yerləşdiyi ətrafı hasara alaraq satır. Bu bütün ətraf və həmin həyətlərdə yaşayacaq vətəndaşlar üçün təhlükəlidir. Nizami Abdullayev küçəsində «Avromed»ə yaxın ərazidə yerləşən transformatorun ətrafı hasara alındı və qısa müddətə ev tikildi. Evin rayon icra hakimiyyətində çalışan vəzifəli bir şəxsin qohumu  olan makler tərəfindən tikilərək satışa çıxarıldığı bildirilir».

Mia.az Azinform.az-a istinadən xəbrə verir ki,  saytın əməkdaşıının ərazidə apardığı araşdırma nəticəsində faktlar öz təsdiqini tapır. Araşdırma nəticəsində bəlli olub ki, həmin ərazidə olan iki tranformator həqiqətən də hasara içində qalıb. Hasarlardan birinin içində bir ay müddətində ev tikilib və hazırda satışa çıxarılıb. Digər transformator isə Preziden İlham Əliyevin də açılışında iştirak etdiyi 328 saylı məktəbin arxasındadır. Xatırladaq ki,  həmin ərazidə ölkə rəhbərliyinin birbaşa tapşırığı ilə böyük xeyir-şər evi və bağça tikintisi aparılır. Məktəbin ətrafındakı tranformatorun hasara alındığı əraziyə artıq qiymətin də qoyulduğu bildirilir. Maklerlərin maraqlandığı bu tranformatorun da düz yanında yaxın vatda evin tikiləcəyinə şübhə yoxdur.

Bu qanusuzluqlara aydınlıq gətirmək üçün Nizami rayon İcra Hakimiyyətinin aparatı ilə əlaqə saxladıq. İH-nin ümumi şöbəsindən bizə bildirdilər ki, rayonun ərazisində bir yerdə  də olsun qanunsuz tikinti aparıla bilməz: «Faktınız varsa, yazın, araşdıraq».

Redaksiyadan: Biz də bilirik ki, rayon ərazisində Tahir Budaqovun iradəsindən xaric heç balaça iş belə görülə bilməz. Onda isə Keşlə qəsəbəsində baş verənlər nədir?

Azinform.az deyilən ərazidəki qanunsuzluqları sübut edən fotoşəkilləri təqdim edir:

 

k1

k3

 

k2

 

k4

k5

k7


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA