"Fənərbaxça" 29 yaşlı müdafiəçini satır

img

07-01-2024 [00:19]


Yayda "Adana Dəmirspor"dan "Fənərbağça"ya transfer olunan Səməd Akaydın İstanbul komandasından ayrılır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça"da özünü "gözə soa bilməyən" oyunçu azarkeşlərin tənqidlərindən yaxa qurtarmaq üçün komandadan ayrılmaq istədiyini rəhbərliyə söyləyib.

Məlumata görə, milli komandanın baş məşqçisi Montellanın keçmiş tələbəsi olan Səmədə Belçikanın "Gent" komandasından təklif gəlib.

Xəbərdə deyilir ki, "Adana Dəmirspor"dan 3,7 milyon avroya transfer olunan müdafiəçi bu mövsüm cəmi 613 dəqiqə meydanda olub: "Onun adı UEFA Konfrans Liqasının qrup matçları üçün siyahıya daxil edilməyib. Bu da onun "Fənərbağça"dan gedişini şərtləndirib. 29 yaşlı futbolçu ən azı Türkiyə millisinin forması ilə Avropa çempionatında yer almaq üçün daimi çıxış edəcəyi komandaya getməyə can atır".

Fərid Aslan

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR