Xaçmaz şəhərinin böyük hissəsi işıqsız qalıb 

img

05-01-2024 [00:41]


Xaçmaz şəhərinin böyük hissəsi işıqsız qalıb.

Məlumata görə, şəhərin H.Z.Tağıyev küçəsində "Ford" markalı yük avtomobili idarəetməni itirərək elektrik və internet dirəklərinə çırpılıb. Nəticə Xaçmaz şəhərinin böyük hissəsi işıqsız və internetsiz qalıb.

Avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.

Qəzanın fəsadlarını aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər görülür(Report).

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR