Azərbaycanlı kriminallar Türkiyədə qandallanıb - FOTOLAR

img

03-01-2024 [12:05]


"İnterpol"un axtardığı və Türkiyədə gizləndikləri müəyyən olunan 18 ölkədən 56 kriminal cinayətkarlar saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya paylaşım edib.

O bildirib ki, ölkənin 11 şəhərində eyni vaxtda həyata keçirilən "KAFES-28" əməliyyatı ilə "İnterpol" tərəfindən qırmızı xəttlə axtarışa verilən kriminallar İstanbul, Antalya, Sakarya, Bolu, Çanaqqala, Əskişəhər, İzmir, Manisa, Muğla, Şanlıurfa və Yalovada qandallanıblar.

Nazir bildirib ki, tutulanlar ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya daxil olmaqla 18 ölkə tərəfindən axtarışa verillənlər olublar: "Bu ölkələrdən olan  56 nəfərə qarşı uğurlu əməliyyat həyata keçirilərək, hamısı saxlanılıb. Tutulan şəxslər cinayət təşkilatına üzvolma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, qəsb, basqın, saxtakarlıq, soyğunçuluq, dələduzluq, qaçaqmalçılıq, qətl, fahişəlik, oğurluq, rüşvət və sair çoxsaylı cnayətlər üzrə axtarışa veriliblər".

Nazir qeyd edİb ki, cinayətkarlara ölkədə göz açdırmayacaqlar.

Tahir Şəlvəli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR