Sosial media fenomeni öldürüldü - Keçmiş əri tərəfindən (FOTO)

img

26-12-2023 [13:46]


ABŞ-da sosial media fenomeni Tereza Kaçuela ayrıldığı əri tərəfindən güllələnərək öldürülüb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 3 uşaq anası olan 33 yaşlı Tereza Kaçuela dayanacaqda qızının gözü qarşısında vurulub.

Keçmiş arvadını öldürdükdən sonra isə o, özünü də vuraraq intihar edib.

ABŞ-ın Havay ştatında yaşayan Tereza Kaçuelanınanası Nihoa deyib ki, dəhşətli qət dayanacaqda nəvəsinin gözləri qarşısında baş verib: "Qatil hadisə yerindən qaçaraq. bir az aralıda avtomobilinin içərisində başından özünü güllələyib...".

Nihoa iddia edib ki, qızının keçmiş əri onu daim ​​izləyib: "Qızımı ölümlə hədələyirdi. Bu barəəd polisə dəfələrlə məlumat verilib. Lakin onlar heç bir tədbir görmədilər deyə belə faciə baş verdi...".

Ləman

MİA.AZ
 

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb