Daha bir ölkə Rusiyadan qopur: iki mühüm seçim və... – Kreml görünməz “silah”la vuracaq (TƏHLİL)
21-12-2023 [15:15]
Moldovalı deputat Doyna German deyib ki, hakimiyyət 2024-cü ilin sonuna qədər MDB çərçivəsində imzalanmış, demək olar ki, bütün sazişlərdən çıxmağı planlaşdırır.
Moldovanın MDB-dən çıxmaq istəyi yeni deyil. Keçmiş ruspərəst prezident İqor Dodonun hakimiyyətdən getməsi və onu qərbpərəst xanım Maya Sandunun əvəz etməsindən sonra bu istəklər daha da artıb. Sandu faktiki olaraq rəsmi Kişinyovu Kreml orbitindən çıxarıb, Qərbə inteqrasiya etmək yolunu seçib.
Sandu hakimiyyətə gəldiyi ilk vaxtlar bunu radikal formada etsə də, Rusiyanın Ukraynaya hücumu və ərazilərini işğalı fonunda geri addım ataraq, prosesi daha səssiz və ləng aparmağa başladı. Çünki Kremlin növbəti hədəfi həm də Moldova idi. Lakin Kişinyovun bəxti onda gətirdi ki, Moskva Ukraynada istədiyi nəticələri əldə edə bilmədi və Qərbin yardımları, Kiyevin inadlı müqaviməti ilə üzləşdi.
İndiki məqamda Maya Sandunun qarşısında iki mühüm seçim var. Ya o, Moldovanı həqiqətən də 2024-cü ilin sonuna qədər MDB-dən çıxaracaq, ya da prezident seçkilərinə fokuslanacaq.
Qeyd edim ki, 2024-cü ilin noyabrında Moldovada prezident seçkiləri planlaşdırılır.
Sandu hesab edir ki, Rusiya gözlənilən seçkidən əvvəl sabitliyi pozmağı planlaşdırır. Onun bu narahatlığı əbəs deyil: Kreml uzun müddətdir, Moldovada hakimiyyət dəyişikliyi etmək istəyir. Son zamanlar ruspərəst deputatların verdiyi açıqlamalar da bu baxımdan diqqət çəkir. Misal üçün Moldovanın müxalif “İntibah” partiyasının rəhbəri Nataliya Paraska deyib ki, Rusiya və digər MDB ölkələri ilə münasibətlərin kəsilməsi yerli əhalinin istəyi deyil, rejimin seçimidir. Paraska Moldova müxalifətinin Avrasiya İqtisadi İttifaqı və BRİKS ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Rusiyanın Moldovaya əsas təzyiqi ölkədə ruspərəstlər olsa da, görünməyən bir silahı da var. Söhbət Qaqauziya Muxtariyyətindən gedir. Qaqauzlar Moldovanın həm Aİ üzvlüyünə, həm də Rumıniya ilə birləşmək istəyinə qarşıdır. Bundan başqa, Kişinyov-Moskva gərginliyi fonunda artan qaz qiymətləri son aylarda qaqauzları qəzəbləndirib. Sonuncu dəfə Qaqauziya muxtar bölgəsinin paytaxtı Komratda enerji tariflərinin artırılmasına etiraz mitinqi keçirilib.
Nəticə etibarilə Doyna Germanın iddia etdiyi kimi, Moldovanın 2024-cü ilin sonuna qədər MDB çərçivəsində imzalanmış bütün sazişlərdən çıxması o qədər də ağlabatan deyil. Xüsusilə prezident seçkilərindən əvvəl Sandu hakimiyyəti belə bir riskə getməz. Lakin Sandu yenidən prezident seçilsə, rəsmi Kişinyovun bu addımı atması mümkündür. Hətta Sandu buna görə növbədənkənar prezident seçkilərinə belə gedə bilər.
Turan Rzayev
MİA.AZ
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb